Ucarda məcburi peyvəndləmə ilə bağlı DİN-dən AÇIQLAMA

Ucarda məcburi peyvəndləmə ilə bağlı DİN-dən
Ucar rayonunda vətəndaşların məcburi vaksinasiya olunduğu iddia edilir. Məlumata görə rayon polis şöbəsinin əməkdaşları vətəndaşları basqı altında peyvənd olunmağa məcbur edir. Hətta məcburi post-patrul maşınları ilə xəstəxanaya aparılaraq vaksin olunurlar. Jurnalist Miri Məcidli “Facebook” hesabında bu barədə bildirib.

Özünün də vaksinasiyaya məcbur edildiyini qeyd edən jurnalist aidiyyəti qurumlardan özbaşınalığa son qoyulmasını tələb edib:

“Yaxınlarım,qohumlarım və özüm vaksinasiyaya məcbur edilərək basqıya məruz qalmışıq. Ucar rayonu ərazisində polis əməkdaşları qanunsuz olaraq bizi məcburi vaksin etmək istəyir. İmtina etdikdə qəsdən bizə "ilişməyə" başladılar. Ucar rayonu, dörd yol ərazisində yolda dayandığım vaxt mülki maşında olan polis əməkdaşı məndən vaksin olub, olunmadığımı soruşdu. Yox, cavabı aldıqdan sonra məni məcburi maşına salıb vaksin üçün aparmağa cəhd etdi. Jurnalist olduğumu bildikdən sonra maşına minib qaçdı.

Həmin polis əməkdaşı özü maşında maskasız idi. Xahiş edirəm, bu özbaşnalığa son qoyulmasına yardım edəsiniz.Vaksinasiya könüllüdür, məcburi yox", - deyə jurnalist etiraz edib.

Bizim.Media məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə yaradıb. Qurumun mətbuat katibi Elşad Hacıyev saytımıza açıqlamasında belə bir tələbin olmadığını bildirib:

“Əsassızdır, belə bir bir tələb yoxdur. Məsələni araşdıracağıq”, - deyə DİN rəsmisi əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...