Rusiya-Türkiyə sammiti ləğv olundu

Rusiya-Türkiyə sammiti ləğv olundu


Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv olunması barədə qərar qəbul edilib. APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti Kremlə yaxın mənbələrə istinadən yazıb.“Rusiya hökuməti sammitin ləğvi barədə qərara gəlib”, məlumatda bildirilir.

Qeyd edək ki, noyabrın 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya-Türkiyə sammitinin ləğv olunması məsələsi gündəmdə olmasa da, tədbirin keçirilməsi bir sıra amillərdən asılı olacaq. Türkiyə prezident administrasiyasının nümayəndəsi isə, öz növbəsində, R.T.Ərdoğanın sammitdə iştirakı perspektivlərinin qeyri-müəyyənliyini vurğulamışdı.

Qeyd edək ki, dekabrın 15-də Peterburqda yüksək səviyyədə Rusiya-Türkiyə dövlətlərarası komissiyanın iclasının keçiriləcəyi planlaşdırılırdı. Bu barədə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Antalyada G20 sammitində razılığa gəlmişdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...