Gələn il Azərbaycanda büdcədən aqrar sektora 1 milyard manat xərclənəcək

Gələn il Azərbaycanda büdcədən aqrar sektora 1 milyard manat xərclənəcək
Gələn il Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, ilkin proqnozla müqayisədə 1,1% çoxdur.

Gələn il aqrar sektora çəkiləcək xərclərin 477 milyon manatı kənd təsərüffatı tədbirlərinə, 47 milyon manatı baytarlığa, 460 milyon manatı meliorasiyaya, 13 milyon manatı isə kənd təsərrüfatı müəssisələrinə yönəldiləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...