"Rus pilotların ikisi də ölmüşdü" - Türkmən komandir

"Rus pilotların ikisi də ölmüşdü" -


Suriya-Türkiyə sərhədində vurulan Rusiya aviasiyasına məxsus "Su-24" bombardmançısının pilotlarından birini havada paraşütdə olarkən güllələyən şəxslərin kimlikləri məlum olub.

APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, həmin şəxslərin komandiri Alparslan Çelikdir.

Alparslan Çelik ətrafındakı adamlarla birlikdə paraşütdəki pilotlara atəş açdıqlarını etiraf edir. "Rusiya aviasiyasının dəstəyi ilə qarşı tərəf bizi bombalayırdı. Məcburən ən-Naciyə dağlarına tərəf çəkildik. Bombardmançı da manevr edəndə bizi bombalandı. Bu an Türkiyə qırıcıları rus təyyarəsini vurdular. Çünki həmin təyyarə hava sərhədini də pozmuşdu. Pilotlar paraşütlə tullandılar, biz isə onlara atəş açdıq. Onların ikisi də ölmüşdü. Döyüşçülər onların meyitlərini gətirdilər" - deyə, o bildirib.

Xatırladaq ki, Rusiya tərəfi pilotlardan birinin sağ qaldığını iddia edib və onun müsahibəsindən görüntülər yayımlanıb. Kadrlarda pilotun üzü görünməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...