Nardarandakı hadisələrlə bağlı ciddi ölçü götürülməlidir - Siyavuş Novruzov

Nardarandakı hadisələrlə bağlı ciddi ölçü götürülməlidir -


Hüquq-mühafizə orqanları Nardarandakı hadisələrlə bağlı ciddi ölçü götürməlidir. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Nardaran hadisələrinə münasibət bildirərkən deyib. S.Novruzov qeyd edib ki, bu, silahlı dəstələrin hazırlanması, dövlətin quruluşunun dəyişdirilməsinə cəhd, eləcə də onların hansısa ölkələrin təsir vasitələrinə çevrilməsi nəticəsində baş verən hadisədir.

Millət vəkili qeyd edib ki, həmin insanların məsuliyyətə cəlb olunması üçün mütəmadi müraciətlər olub: “Onların gəlib izahat vermələri üçün müraciətlər edilib, lakin onlar proseslərə gəlməyiblər. Bununla əlaqədar tədbir keçirilib. Tədbir nəticəsində çox ciddi qarşıdurma baş verib. Hüquq-mühafizə orqanlarına tabesizlik göstərilməsi nəticəsində iki polisimizi qəhrəmancasına itirmişik. Halbuki bu insanlar ictimai asayişi qorumaq üçün, elə onların özlərini qorumaq üçün işləyirdi. Hesab edirəm ki, bu hadisələrlə bağlı hüquq-mühafizə orqanları ciddi ölçü götürməlidir”.

Qeyd edək ki, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...