Məzarları açılan şəhidlərlə bağlı icra hakimiyyətindən AÇIQLAMA

Məzarları açılan şəhidlərlə bağlı icra hakimiyyətindən
Bu gün sosial şəbəkədə Bakı şəhərindəki Şəhidlər xiyabanında bəzi məzarların sınmış olduğu və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən Yeniavaz.com-a verilən məlumata görə, Respublika Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli Qərarı əsasında birinci Şəhidlər xiyabanında dəfn ediliş 23 və ikinci Xiyabanda isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyidlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.
Sosial şəbəkədə qeyd edilən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkili və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcək: "Məzarlarla bağlı məlumatı bilərəkdən düzgün göstərməmək, insanlarda çaşqınlıq yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...