Səhiyyə Nazirliyi bu dərmana niyə qadağa qoyub? - Səbəb açıqlanmır

Səhiyyə Nazirliyi bu dərmana niyə qadağa qoyub? -

"Əgər Səhiyyə Nazirliyinin Ekpertiza İdarəsi və yaxud hansısa başqa bir mərkəzin, klinikanın rəyi əsasında qərar çıxarılırsa, bu əsaslandırılmalı və ictimaiyyətə məlumat verilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla Azərbaycanda istifadəsinə qadağa qoyulan "Fosfalyugel” dərman preparatından danışarkən deyib.

Ekspert bildirib ki, sözü gedən dərmanın ziyanlı yan təsirlərinin olması da açıqlanmalıdır:

"Dərmanla bağlı birmənalı nəsə deyə bilmərəm. Ancaq bu dərman dövriyyədən çıxarılıbsa, deyilməlidir ki, filan dərman preparatının tərkibində ziyanlı dərman əlavəsi tapılıb, yaxud da bu dərmanın klinik tədqiqatlar zamanı təhlükəli yan itkisi ortaya çıxıb. Bu əsaslandırılmalıdır. Bu əsaslandırma əsasında da onun Azərbaycanda istifadə dövriyyəsi qadağan edilib. Ortada belə bir rəy olmalıdır. Əlavə izaha ehtiyac qalmamalıdır”.

Qeyd edək ki, Azərbaycanda daha bir dərman vasitəsinin istifadəsinə qadağa qoyulub. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin qərarına görə 028361 seriya ilə buraxılmış son istifadə tarixi 05.2023 olan "Fosfalyugel” ticarət adlı alüminium phosphate gel 20%, daxilə qəbul edilən gel 16 q №20 paketlərdə (saşe) dərman vasitəsi geri çağırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...