Dövlət Proqramı gələn il başa çatır – Pambıq istehsalı isə hədəfdən çox uzaqdır...

Bu ilin ilk 11 ayı ərzində Azərbaycanda sahələrdən 271,8 min ton pambıq yığılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, pambıq yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% və ya 56,4 min ton azalıb.

Məlumat üçün bildirək ki, əkin sahələrinin 98,5%-ində yığım başa çatıb.

Pambıq yığımının azalmasının əsas səbəbi məhsuldarlığın aşağı düşməsilə bağlı olub. Belə ki, ötən il məhsuldarlıq hər hektarda 32,9 sentner olsa da, bu il 27,4 sentner olub.
Dövlət Proqramı gələn il başa çatır –


Onu da bildirək ki, 2017-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət Proqramının 6.3-cü bəndində qeyd olunur ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcəkdir.

Bu isə o deməkdir ki, Dövlət Proqramının icrasını təmin edə bilmək üçün 2022-ci ildə pambıq istehsalı təxminən 2 dəfə artırılmalıdır.

Dövlət Proqramının icra olunduğu son 4 ilin statistikasına baxdığımız zaman bunun asan olmayacağını təxmin etmək olar:

İllər Yığılmış sahə Yığılmış məhsul

2018 132,5 min hektar 220,4 min ton
2019 101,1 min hektar 292,5 min ton
2020 99,7 min hektar 328,2 min ton
2021 99,1 min hektar 271,8 min ton


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...