Nardaranda küçələr radikal dini simvollardan təmizlənib, şüar və barrikadalar yığışdırılıb

Nardaranda küçələr radikal dini simvollardan təmizlənib,


Bu gün Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib. APA-nın məlumatına görə, Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib. Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib.

Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb. Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib. Qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...