Rusiya hansı türk mallarına qadağa qoyub - siyahısı açıqlandı

Rusiya hansı türk mallarına qadağa qoyub -


Rusiya Nazirlər Kabineti 2016-cı il yanvarın 1-dən etibarən Rusiyaya idxalı qadağan olunan Türkiyə məhsullarının siyahısını təsdiqləyib. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Türkiyədə yetişdirilən tərəvəzlərdən xiyar, pomidor, soğan, rəngli kələm və brokolinin Rusiyaya gətirilməsi qadağan edilib.

Meyvələrin “qara siyahı”sında sitruslar (portağal, mandarin və onların hibridləri), alma, armud, ərik, şaftalı, nektarin, gavalı, göyəm, üzüm və çiyələk var.
Türkiyədə istehsal olunan heyvandarlıq məhsullarından toyuq və hind toyuğunun, onlardan hazırlanan məhsulların, bundan başqa, duz və qərənfilin idxalı da yasaqlanır. Bəzi məhsullar, məsələn limon, iri buynuzlu heyvanların əti, balıq və süd məhsulları isə siyahıya salınmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...