Qiyməti 2 dəfə aşağı salındı, yenə alan yoxdur - Nazirlik bu gəmini satır

Qiyməti 2 dəfə aşağı salındı, yenə alan yoxdur -
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən satışa çıxarılan gəmini heç kim almaq istəmir.

Yeniavaz.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə məxsus olan "Nauçnıy” gəmisi son bir ildə dəfələrlə hərrac vasitəsilə satışa çıxarılıb. Hərrac növbəti dəfə 1 fevral tarixində baş tutacaq.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək növbəti hərracda 1986-ci il istehsalı olan gəminin ilkin start qiyməti 20 000 manat təşkil edir. Hərracda iştirak etmək istəyənlər 2 000 manat beh ödəməlidirlər.

Məlumat üçün bildirək ki, "Nauçnıy” gəmisi ötən ilin əvvəllərində 40 000 manatdan satışa çıxarılıb. Lakin satın alan olmadığı üçün qiymət avqust ayında 36 000, sentyabr ayında isə 30 000 manata düşürülüb.

Ötən ilin 26 oktyabr tarixində baş tutan hərracda isə 20 000 nanata təklif olunub. Amma göründüyü kimi "Nauçnıy” gəmisini bu qiymətə də alan olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...