“Omikron”lu xəstələrin yarısında koronavirusun ən çox görülən simptomları yox olub

“Omikron”lu xəstələrin yarısında koronavirusun ən çox görülən simptomları yox olub

Artıq yüksək temperatur “omikron”a yoluxanların ancaq yarısında müşahidə olunur.

Bu barədə rusiyalı infeksionist, tibb elmləri namizədi Andrey Pozdnyakov bildirib.

Həkimin sözlərinə görə, bu ştammda qızdırma əsas simptomlardan biri olaraq qalsa da, artıq daha az yoluxanlarda görünür.

Pozdnyakov həmçinin bildirib ki, “omikron”a yoluxmuş xəstələr əzələ ağrısı, iştahsızlıq və anosmiya (qoxu və dadın itirilməsi) kimi simptomlardan daha az şikayət etməyə başlayıblar.
“Yəni, əvvəlki ştamlar üçün xarakterik olan şey, ilk növbədə, anosmiya, “omikron”da olduqca nadirdir; “delta” ilə müqayisədə, anosmiyalı insanların sayı səkkiz dəfə azalıb”, - deyə mütəxəssis əlavə edib.

“Virus kollektiv immun reaksiyasının hücumundan yayınır və getdikcə daha çox adi respirator infeksiyaya çevrilir. Bir virus üçün bu, məcburi bir tədbirdir”, - deyə alim sözlərini yekunlaşdırıb.

Mənbə: Lenta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...