Ramiz Mehdiyev Elton Məmmədovu məhkəməyə verib? - İDDİA

Ramiz Mehdiyev Elton Məmmədovu məhkəməyə verib? -
Sabiq millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin keçmiş müdiri Elton Məmmədov barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Elton Məmmədova qarşı məhkəmə iddiası Cinayət Məcəlləsinin 147.2 maddəsinə (Şəxsiyyətin azadliği və ləyaqəti əleyhinə olan cinayətlər) əsasən qaldırılıb.
Məhkəmə iddiasına Səbail rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə fevral ayının 2-də saat 14:30-da baxılacaq.
İddianın kim tərəfindən qaldırıldığı açıqlanmır. Ancaq, son günlər Elton Məmmədov mətbuatda AMEA prezidenti Ramiz Mehdiyev haqqında kəskin ittihamlar səsləndirib. Ehtimal olunur ki, Elton Məmmədov haqqında iddia AMEA tərəfindən qaldırılıb. Çünki, eyni gündə - fevral ayının 2-də Səbail rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyilə AMEA İşlər idarəsinə qarşı qaldırılan iddiaya da baxılacaq.
Qeyd edək ki, Elton Məmmədov AMEA İşlər İdarəsinə qarşı daha əvvəl də məhkəmə iddiası qaldırıb. Elton Məmmədovun iddiasına Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova tərəfindən baxılacaq.
Məlumat üçün bildirək ki, Texniki Universitetdə prorektor vəzifəsində çalışan Elton Məmmədov 27 noyabr 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin olunub. Daha sonra AMEA-nın prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə AMEA İşlər idarəsinin müdiri təyin olunub.
Ötən ilin aprel ayında isə mətbuatda Elton Məmmədovun işdən çıxarılması barədə məlumatlar yayıldı. Daha sonra Elton Məmmədov mətbuata verdiyi açıqlmada AMEA-nı məhkəməyə verdiyini bildirib. Qeyd olunub ki, Səbail Rayon Məhkəməsinin 10 dekabr tarixli qərarı ilə Elton Məmmədov işinə bərpa olunub.
Onu da bildirək ki, Elton Məmmədov AMEA İşlər İdarəsinin müdiri olan zaman onun müavini Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev olub. Elton Məmmədovu vəzifəsindən azad etdikdən sonra onun yerinə Fikrət Əliyevin təyin olunduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...