Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? - FOTOFAKT

Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? -

Azərbaycanda COVID-19 infeksiyasına yoluxmanın cari vəziyyəti açıqlanıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə “koronavirus.info” saytında məlumat yerləşdirilib.

Məlumatda Azərbaycanda iqtisadi rayonların bölgüsünə görə yoluxmanın statistikası açıqlanıb. İqtisadi rayonlar isə 7 iyul 2021-ci ilə qədərki bölgüyə əsasən qruplaşdırılıb.

Belə ki, 7 iyul 2020-ci ildə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Fərmanda Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib.
Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? -

Yeni bölgüyə əsasən Azərbaycanda Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonları var.

“Koronavirus.info” saytında dərc olunan məlumatda isə ləğv edilmiş Abşeron, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran iqtisadi rayonlarına görə statistika təqdim edilib.

Xatırladaq ki, “koronavirus.info” saytı 19 mart 2020-ci ildə Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən istifadəyə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...