Rəsulzadə haqqında filmin müəllifi: "Mənim üçün AzTV bitmişdir..."
AzTV-də tarixi şəxsiyyətlərlə bağlı yayımlanan “Yüz İlin Sirləri” proqramının layihə rəhbəri Fəxrəddin Həsənzadə Məhəmməd Əmin Rəsulzadə ilə bağlı hazırladıqları sənədli filmin AzTV-də yayımlanmamaısna görə işindən ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə F. Həsənzadə özünün feysbuk hesabında yazıb:
“AzTV -də yayımlanan “Yüz İlin Sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir, mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan azərbaycanlıları ətraflı tanıtmaq.
Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm.
P.S. Nə çətinliklə ölkələrdə məzarları axtararaq uzun bir yolun sonuna gəldik. Mənim üçün bu gündən AzTV bitmişdir”.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi ilə bağlı AzTV-də nümayiş etdirilməsi nəzərdə tutulan sənədli film efirdə yayımlanmayıb. Belə ki, layihənin müəllifi Hüseyn Cavadzadə yanvarın 22-də səhifəsində filminin anonsunu paylaşaraq, verilişin yanvarın 30-da yayımlanacağını deyib. Bundan sonra isə yanvarın 27-də filmin yayımlanmayacağını bildirib. Sonra məlum olub ki, həmin film efirə verilməyəcək.
Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri AzTV-nin səhifəsində #UtanAZTV #RəsulzadəÜrəklərdə həştəqləri ilə etiraz ediblər.
652 dəfə oxundu