"Əli Kərimlinin Hacı Talehlə əlaqəsi araşdırılacaq"

"Əli Kərimlinin Hacı Talehlə əlaqəsi araşdırılacaq"


“Milli Şura Taleh Bağırzadənin fəaliyyətinə siyasi məsuliyyət daşıyır”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Şuranın Taleh Bağırzadə və yaratdığı “Müsəlman birliyi” adlı silahlı qurumun qeyri-konstitusion yolla Azərbaycanda hakimiyyətə gəlmək, ölkəmizdə dini pərdə altında şəriət qanunları ilə idarə olunan dövlət quruluşu yaratmasını müdafiə etməsinə münasibət bildirib.

Partiyanın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında deyib ki, Milli Şura Taleh Bağırzadənin fəaliyyətinə siyasi məsuliyyət daşıyır.

YAP-çı deputat hesab edir ki, Milli Şura və Əli Kərimli AXCP-si pis bir duruma düşüb: “Çünki, onların müttəfiq elan etdikləri, Milli Şurada birgə çalışdıqları Taleh Bağırzadə terrorizmdə, qeyri-qanuni silahlı dəstə yaratmaqda, hakimiyyəti zorla devriməkdə ittiham edilir. Nardaranda aparılan əməliyyatın təfərrüatları ictimaiyyətə yaxşı bəlli olduğundan bu gün ortada qeyri-qanuni əldə edilmiş silah, təşkil edilmiş dəstə və hakimiyyəti devirməyə çağıran çağırışlar var. Bütün bunlar Milli Şura və Əli Kərimli AXCP-sinin Tale Bağırzadənin fəaliyyətinə siyasi məsuliyyət daşıdığını göstərir. Hesab edirəm ki, ictimaiyyət hüquqi olmasa da, siyasi cəhətdən Milli Şuradan bu müttəfiqliyin, Taleh Bağırzadəni müdafiə etməyin səbəblərini soruşmalıdır. Çünki, xaricdən Azərbaycanda hakimiyyəti devirmək üçün silahlı dəstə yaratmağa çalışıblar”.

A. Mirzəzadə bildirib ki, bu gün ölkədə dini radikalizmi gücləndirməyə çalışan xarici mərkəzlər var: “Bu mərkəzlərin ortaya qoyduğu ssenari ilə Milli Şura və Əli Kərimli AXCP-sinin eyni yolla hərəkət etməsi bir sıra suallar doğurur. Onların verdiyi bəyanat isə özlərinin siyasi məsuliyyətindən uzaqlaşmaq məqsədi daşıyır. Hesab edirəm ki, ictimaiyyətin onların fəaliyyətlərinə görə verməyə xeyli sualları var”.

YAP rəsmisi qeyd edib ki, Milli Şura və Əli Kərimlinin Taleh Bağırzadəyə verdiyi siyasi dəstək istintaq tərəfindən araşdıracaq: “Amma, iki eyni qüvvənin bir arada olması və onlardan birinin terrorçuluğa çağırışları bir çox məqamlardan xəbər verir. Bu məqamda cəmiyyətdən üzrxahlıq etməkdənsə, bu məsələlərə aidiyyatı olmadığını bildirərək qəti mövqe qoymaqdansa, müttəfiqlərini müdafiə edir. O müttəfiqlər ki, bu gün onlara qarşı çox ciddi ittihamlar irəli sürülüb”.

Xatırladaq ki, “Milli Şuranın bəyanatında Tale Bağırzadənin tənqidi çıxışlarına, hakimiyyəti hədəf seçdiyinə və getdikcə qeyri-dini kəsimin də rəğbətin qazandığına görə aradan götürüldüyü vurğulanır. Tale Bağırzadənin fəaliyyətində terrorla, dövlət çevrilişi ilə üst-üstə düşən məqamların olmadığı iddia olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...