Ukrayna Rusiyaya 48 saat vaxt verdi: “Cavab verilməsə və ya bizi qane etməsə...”

Ukrayna Rusiyaya 48 saat vaxt verdi:
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sərhəd yaxınlığındakı ərazilərdə hərbi fəaliyyətin artması ilə bağlı Rusiyadan izahat istəyib.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu səbəblə Ukrayna Rusiyaya 28 saat vaxt verib

“Biz Vyana Sənədinin III bəndinə uyğun olaraq risklərin azaldılması mexanizmini rəsmən işə saldıq və Rusiyadan Ukrayna ərazisinə bitişik ərazilərdə və müvəqqəti işğal olunmuş Krımda hərbi fəaliyyətlə bağlı ətraflı izahat verilməsini xahiş etdik.

"Cavab verilməsə və ya, bizi qane etməsə Ukrayna fövqəladə iclas çağırmaq üçün Rusiyaya, eləcə də Vyana sənədinin digər iştirakçı dövlətlərinə müraciət edəcək və Rusiya izahat verməli olacaq", - deyə nazir bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...