Sabah AMEA-da iclasdır - Mehdiyevin səlahiyyətləri kimə veriləcək?

Sabah AMEA-da iclasdır -
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının sabah keçiriləcəyi dəqiqləşib.

Bu barədə Yeniavaz.com-a AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.

A. Balayeva bildirib ki, iclasın gündəliyinə yalnız kadr məsələsi daxil edilib.
Qeyd edək ki, AMEA-nın Nizamnaməsinə əsasən, Ümumi Yığıncaq onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Buna görə də dünən AMEA-nın yaydığı rəsmi məlumatda bildirilmişdi ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək və bundan sonra iclasın gündəliyi məlum olacaq.

AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev APA-ya bildirib ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...