Cahangir Hacıyev daha bir vəzifəsindən çıxarıldı

Cahangir Hacıyev daha bir vəzifəsindən çıxarıldı


Cahangir Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasına yeni sədr seçiləcək. Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq BFB-dən məlumat verilib. "Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - deyə məlumatda vurğulanıb.

Hazırda C. Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir. Xatırladaq k, BFB-nin Müşahidə Şurasının sədri, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib. C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 001 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...