Rusiya iqtisadi məhvinin qapısını özü açır – BİZİM ŞƏRH

Rusiya iqtisadi məhvinin qapısını özü açır –


Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünya birjalarında da ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Dünəndən etibarən London birjasında qazın qiyməti sürətlə bahalaşmağa başlayıb. Eyni zamanda ABŞ dolları qarşısında Avropanın əsas iki valyutası, avro və funt-sterlinq dəyər itirir. Aliminum indekslərində nəzərə çarpan bahalaşma müşahidə edilir. Dünəndən alüminium qiymətləri 2008-ci ildə müşahidə edilən pik həddi aşaraq yeni rekord səviyyəyə çatıb. London Metal Birjasında 3 aylıq alüminium müqavilələri 1 ton üçün 3388 dollar olub. Eyni zamanda dünyanın aparıcı alüminium istehsalçılarından biri olan “Rusal”ın səhmləri kəskin ucuzlaşıb.

Hazırda London birjasında 31 rus şirkəti var. Onların toplam olaraq bazar aktivləri 515 milyard dollara yaxındır.

Bu gün NATO-nun baş katibi Yens Stoltenberq, ATƏT-in baş katibi Helda Şmid birgə mətbuat konfransı keçirdilər. Eyni zamanda bəyan edildi ki, yaxın saatlarda G-7 birliyinin dövlət başçıları ilə görüşlər keçiriləcək. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra çox ciddi sanksiyalar paketi hazırlanıb. Bu sanksiyalar Rusiya üçün böyük zərbə ola bilər. London birjasından 24 fevral saat 19:00-a olan məlumata əsasən Rusiyanın ən böyük bankı olan “Sberbank” 70 faizlik ziyanla üzləşib. “Rosneft” və “Lukoyl”un da səhmlərində 33 fazidən çox düşüş var. Görünən odur ki, Avropa Rusiyaya qarşı çox ağır zərbə vurmağa hazırlaşır.

Rusiyaya qarşı ən ağır sanksiyaları Böyük Britaniya tətbiq edə bilər. İndi yalnız Londonda dünyadakı başqa şəhərlərdən daha çox rus qızılı olduğu düşünülür. İndi London birjasında Putinin ən yaxın ətrafında olan iş adamlarından biri də En+Group enerji şirkətinin sahibi Oleq Deripaskadır.

1990-cı illərdən bəri London birjasənda Rusiyanın dövlət sərmayəsi ilə formalaşan Rosneft, Qazprom, və özəl sərmayəli “VTB” və “Sberbank” var. Eyni zamanda özəl şirkətlərdən olan “Norlinsk Nickel” kimi mədənçilik şirkətlərdən ibarət böyük bir qrup var.

Sadaladığımız şirkətlər Rəsmi Kremlin əsas finans qaynağı hesab olunur. Məsələn İngiltərədə nəşr edilən “Guardian” yazır ki, qaz və mədən şirkətləri 2020-ci ildə Rusiyaya 55 milyard dollardan çox vergi ödəyib. Məsələn müqayisə üçün qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, 2019-cu ildə Rusiya ordusuna 60 milyard dollar yaxın vəsait ayrılıb.

Yəni London birjasındakı şirkətlərin yalnız vergi ödəmələri Rusiyanın dövlət xərclərinin az qala 15 faizinə bərabərdir.

Artıq bu gün Britaniyada Abramoviçə qadağalar tətbiq edilməsiylə bağlı informasiyalar yayılmağa başladı. İndi Londonda payçı olan və “FTSE 100” təmsil olunan polat isteshalçısı Yevraz Londonda qurulsa da Rusiyada hələ də əhəmiyyətli maliyyə bağlantısı halındadır. Bu şirkətin 29 fazilik səhm paketinə Roman Abramoviç sahibdir. Qeyd edtmək yerinə düşər ki, R.Abramoviç “Çelsi” Futbol Klubunun sahidir.

İndi əsas məqam odur ki, sayı 500-dən çox olan rus milyonerin İngiltərədə yaşaması və London banklarında çox ciddi vəsaitləri var. Onların gələcəyi necə olacaq? Londonun mərkəzində Westminster ərazisində 10 mindən çox əmlak rus oliqarxlarına aiddir. Britaniyanın xarici işlər naziri Liz Truss açıqlama verir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etsə, ölkədəki ruslara məxsus əmlaklara həbs qoyulacaq. Bunun nə demək olduğunu təsəvvür etmək o qədər də çətin deyil...

İngilislərin sanksiya tətbiq edəcəyi iş adamları arasında daha bir Rusiyalı milyarder də var – Əlişir Usmanov. Bu iş adamı il ərzində təbii qaz və telekom sektorundan 15 milyarddan çox sərvət toplayır. Bu yaxınlara qədər “Arsenal” futbol klubunun sahibi olan Uusmanov da ağır sanksiyalarla üzləşə bilər.

Sanksiyaların tətbiq ediləcəyi siyahıda Türkiyə də məşhur olan Mixail Fridmanın da adı var. Türkiyədə “Türkcell”in rus ortağı olaraq tanınan Mixail Fridman bu yaxınlarda “Türkcell” də İdarə Heyyətinin dəyişməsi tələbi ilə çıxış etmişdi. Türkiyə mediası da məhz Fridmanı bu şəkildə tanıdı. Xatırladaq ki, “Türkcell”dəki rus payçılardan Letterone İdarə Heyyətinin dəyişməsini də tələb edirdi.

Tələb ondan ibarət idi ki, “Türkcell'in payçılarından olan İH üzvləri Afif Dəmirqıran, Nail Olpak, Hüseyn Arslan ve Julian Horn-Smit istefa etsn. Qeyd edim ki, 12 milyard dollara yaxın payı ilə Fridman “Türkcell”də 19.8 faizlik sərmayə sahibidir.

Sanksya siyahısında yer alan başqa bir adama diqqət edək:

Rusiya baş nazirinin sabiq müavini İqor Şuvalov. VEB.RF-nin rəhbəri olan Şuvalov 200 milyonluq sərvətə sahibdir. Xüsusilə Avropada əsas yatırım sahibidir.

Putinin başqa bir yaxın dostu Andrey Kostindir. Kostin dövlət tərəfindən nəzarət edilən “VTB” Bankın sahibidir. Kostin bir neçə gün əvvəl Rusiyaya qarşı sanksiyalara “iqtisadi olaraq müharibə” adı verərək tənqid edib.

İndi Kremldə müzakirə edilən ən ciddi məsələ iqtisadi sanksiyalardır. Bu gün Rusiya Prezidenti Vladimir Putin geri addım ataraq bəyan edib ki, Rusiya dünya iqtisadiyyatının bir parçası olmaq istəyir. “Bizi bu müharibəyə məcbur etdilər, başqa yolumuz yox idi” deyən Putini 25 fevralda nə gözləyir? İranla Rusiya sanksiyalar mövzusunda yerini dəyişirmi? Tək Çin Xalq Respublikası hesabına Rusiya iqtisadiyyatı ayaqda qala biləcəkmi? Bütün bunlar isə sabahın suallarıdır.

Razi ABASBƏYLİ

İqtisadçı ekspert



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...