Abramoviç Londondakı mülkünü və mənzilini satır

Abramoviç Londondakı mülkünü və mənzilini satır
İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç Londondakı daşınmaz əmlakını satmağı qərara alıb.

Bu barədə Böyük Britaniya parlamentinin üzvü Kris Brayant "Bloomberg"ə açıqlama verib.

O bildirib ki, səbəb krallığın rusiyalı milyarderə tətbiq etmək istədiyi sanksiyalardır: "Abramoviç sanksiyalardan qorxur. Buna görə də evini və mənzillərindən birini satmaq niyyətindədir".

Məşhur iş adamının Kensinqton Palas Qardens küsəində 150 milyon funt sterlinq dəyərində 5 yataq otağı olan mülkü var. Eyni zamanda, o, Temza çayının Çelsi sahilində üçmərtəbəli penthausun sahibidir. Abramoviç həmin mənzili 2018-ci ildə 22 milyon funt sterlinqə alıb.

Qeyd edək ki, artıq yüzdən çox rusiyalı fiziki və hüquqi şəxs sanksiya altına düşüb. Hələlik siyahıda Roman Abramoviç yoxdur. Lakin o, get-gedə siyasətçilərin daha çox təzyiqlərinə məruz qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...