Azərbaycandan dollar çıxışının qarşsı alınmalıdır - Millət vəkili

Azərbaycandan dollar çıxışının qarşsı alınmalıdır -
Qərbin sanksiyalarından sonra rəsmi Moskva bütün vasitələr ilə ölkədən valyuta axınının qarşısını almağa çalışır. Bununla belə, Moskva birjasının artıq 4-cü gün bağlı qalması Rusiya Mərkəzi Bankının sanksiyaların təsirlərinin azadılması üçün hələlik strategiyasını tam müəyyənləşdirmədiyindən xəbər verir. Moskvada birjanın fəaliyyətinin bərpasınını rublun rəsmi məzənnəsinin daha da ucuzlaşdırmasına və səhm bazarında ciddi silkələnməsinə səbəb olacağından ehtiyatlanırlar. Gundemiinfo.az xəbər verir kii, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

İqtisadçı hesab edir ki, reallıqda isə, rəsmi məzənnəyə rəğmən rublun "qara bazar"da daha dəyərsizləşməsi müşahidə olunur. Belə görsənir ki, müharibə davam edəcəyi halda rubl daha da ucuzlaşacaq.

Bu gün “Reuters” agentliyi Rusiya Mərkəzi Bankının xarici valyuta alışına 30 faizlik kommisiya haqqı tətbiq etməsi barədə xəbər yayıb. Agentlik requlatorun banklara bu barədə məktub göndərdiyini bildirib. Bununla, Mərkəzi Bank Rusiyada dollara olan tələbi müəyyən qədər azaltmağa çalışsa da, digər tərəfdən artıq "qara bazar"da rubl xarici valyutalara qarşı daha da ucuzlaşır.

Dünəndən isə Rusiyada nağd formada 10 min dollardan artıq valyuta çıxarmaq qadağan edilib. Sanksiyaların güclənəcəyi halda bu rəqəm daha da kiçilə bilər. Görünən odur ki, Rusiya hökuməti indiki halda inzibati metodlar ilə ölkədən valyuta çıxışını minimumlaşdırmağa çalışır.

Gundeminfo.az xəbər verr kii, iqtisadçı Azərbaycan hökumətinin də önləyici tədbirlər görməsini tövsiyyə edib: "Rusiyada müşahidə edilən valyuta qıtlığı və dollara artan tələb fonunda Azərbaycan Mərkəzi Bankının da qabaqlayıcı tədbirlər görməsi vacibdir. 3 milyard dollara yaxın xarici ticarət dövriyyəmiz olan Rusiyaya illik ixracatımız 800 milyon dollardır. Əvvəlki illərdə fermerlər və eləcə də bir sıra sahibkarlar rubl ilə ödənişlərə üstünlük verirdilər və daha sonra o vəsaitləri dollara konvertasiya edirdilər. Rusiyada dollar qıtlığının dərinləşməsi riskləri yüksək olduğu üçün Azərbaycan Mərkəzi Bankı da requlativ mövqeyindən istifadə edərək ölkədən dollar çıxışının optimallaşdırılmasını daha da tənzimləməlidir. Neftin qiymətinin yüksək olması ölkəyə daha çox dolların daxil olmasına imkan yaratsa da belə regiondakı son dəyişikliklər fonunda xarici valyutanın ölkədən axınına imkan verilməməsi daha da aktuallaşıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...