Azərbaycan çörək qıtlığı ilə üzləşə bilərmi? - TƏHLİL
İndi bütün dünya kimi Azərbaycanda da hər kəsi Rusiya-Ukrayna müharibəsinin davam edəcəyi təqdirdə ərzaq buğdası, çörək probleminin olub-olmayacağı düşündürür. Ortaya haqlı suallar çıxır. Azərbaycanda hər kəsə məlumdur ki, dünyanın iki ən böyük buğda satan ölkəsinin birinin ərazisində savaş gedir. Digərinə qarşı isə sərt iqtisadi sanksiyalar tətbiq edilir. Azərbaycan ərzaq buğdasının yarıdan çoxunu idxal edən ölkədir. Həm də bu günlərdə iqtisadi embarqolarla bütün ticarət imkanları bağlanmış Rusiyadan da ərzaq buğdası almaq çətinləşib.
Qısa zaman əvvəl Azərbaycanda çörək bahalaşmışdı. Səbəb kimi göstərilirdi ki, dünya bazarında qiymətlər bahalaşıb və bu Azərbaycana təsir edir. Və elə yanvar ayında ən çox müzakirə edilən məsələ ondan ibarət idi ki, Azərbaycanın taxıl ehtiyatı nə qədərdir. Dünya təcrübəsində əsasən hökumətlər öz əhalisinin 1 illik taxıl ehtiyatını əvvəlcədən formalaşdırır. Gözlənilən risk faktorları nəzərə alınmaqla taxıl idxalçıları müqavilələri uzunmüddətli imzalayırlar. Cari ilin yanvar ayında qarşılaşdığıımız mənzərə göstərdi ki, Azərbaycanın taxıl ehtiyatları ilə bağlı olaraq strateji proqramı və hazırlıq tədbirləri həyata keçirilməyib.
İndi Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması buğda bazarında vəziyyəti kəskinləşdirib. Böyük alıcılar buğda tədarükünə dair tenderləri ləğv edirlər və gözləmə mövqeyi tuturlar.
Çünki Qara dənizdən və Azov dənizindən yükdaşımalarla bağlı mürəkkəb vəziyyət yaranıb. O cümlədən Qərbin sanksiyalarının təsiri ilə regionun əsas buğda istehsalçısı olan Rusiyada rublun devalvasiyası gözlənilir, bu isə o deməkdir ki, fermerlər taxılı baha sata bilmək üçün əllərində saxlaya bilərlər.
İndi dəyərini itirmiş rubulla taxıl satmaq Rusiyaya sərf etmir. Bu səbəbdən də Rəsmi Keml böyük ehtimalla dünya birjalarında taxıl qıtlığı yaratmaqla qiymətləri yüksəltmək cəhdləri edəcək. Nəticədə dünya bazarında həm taxıl qıtlığı yaranacaq, həm də qiymətlər bahalaşacaq. Ölkəmizdə yazlıq taxıl biçini mövsümünə hələ 3 aya yaxın zaman qalıb. Bu isə o deməkdir ki, qarşıdakı 3 ay yuxarıda qeyd etdiyimiz narahatçılıqlara kifayət qədər əsas verəcək.
Çox maraqlıdır ki, Rusiyadan ən çox taxıl idxal edən Misirin GASC şirkəti fevralın 24-nə təyin edilmiş tenderi ləğv edib. Tenderə əsasən taxıl alıcıya aprelin 11-12-də çatdırılmalı idi. Tenderə cəmi bir şirkət təklif verib -“Viterra” şirkəti 60 min ton fransız taxılını göstərilən tarixdə daşınma xərci də daxil olmaqla tonunu 449 dollardan çatdırmağa hazır olub. Bu isə indiki bazar qiymətindən az qala 100 dollar yuxarıdır.
Görünən odru ki, martın sonlarına doğru taxılın qiyməti 30-50 faiz bahalaşacaq. Əgər biz bura Ukrayna ərazisində təhlükəli ehtimalı da əlavə etsək, yəni müharibənin yazlıq taxıl biçini dövrünə qədər davam etmə ehtimalını, o zaman mənzərə daha da acınacaqlı ola bilər. İndi dünya biirjalarında indekslərə diqqət etdikdə görürük ki, buğda ehtiyatları son 14 il ərzində ən aşağı səviyyəyə enib. Yəni bazarda qıtlıq meyilləri artıq özünü göstərməyə başlayıb.
Hazırda yalnız Çin ərzaq buğdası ilə bağlı əlverişli durumdadır. Çinin 2022-ci ilin birinci yarısında dünyanın qarğıdalı ehtiyatlarının 69 faizinə, düyü ehtiyatının 60 faizinə və buğda ehtiyatlarının isə 51 faizinə sahib olacağı gözlənilir. Çinin Rusiya ilə müttəfiq olduğunu nəzərə alsaq o zaman bazarda gözlənilən bahalaşma bir qədər də yüksələcək.
Qeyd edək ki, hazırda Çin dünya taxıl ehtiyatının yarısından çoxunu özündə saxlayır. Bu isə dünyada qiymətlərin kəskin artmasına və daha çox ölkənin qıtlıqla üz-üzə qalmasına səbəb olub.
Məsələn ötən ilin sonlarında Rusiya Rusiya buğda ixracını illik müqayisədə 18 faiz azaldaraq 18,8 milyon tona endirmişdi. Bu da qiymətlərin kəskin bahalaşmasına gətirib çıxardı.
Hurriyyət.az-a danişan ekspertlərin fikirincə, Azərbaycan yenə də taxıl idxalını reallaşdırmalıdır. Yeni tədarük dövrünə qədər Azərbaycan Rusiyadan taxıl idxal etməlidir. Lakin bunun nə qədər mümkün olub-olmayacağı bəlli deyil. Çünki istənilən iqtisadi marağın arxasında bir siyasi maraq da dayanır.
Əgər buğdanın qiyməti hər ton üçün 375 ABŞ dollarına çatarsa, daha yüksək ixrac vergisi tətbiq ediləcək. Qiymətlər hər ton üçün 400 dolları ötdükdə isə kvotalar daha da artırılacaq. Hazırda Rusiyanın 2022-ci ilin birinci yarısında yeni taxıl ixracı kvotaları müəyyən edəcəyi və daha yüksək ixrac vergisi tətbiq etməsi gözlənilir. Deməli Azərbaycan əsas taxıl idxalçılarından biri kimi keçici də olsa 3-4 ay ərzində buğda qiymətlərinə görə ciddi çətinliklərlə üzləşəcək.
Rəsmi statistikaya əsaslansaq o zaman Azərbaycanın xaricdən 1 milyon 300 min ton buğda idxal etdiyini görürük. Ölkənin istehlak təlabatı isə 3 milyon 300 min tondan da çoxdur.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda qeyd edilir ki, 2021-ci ildə Azərbaycanda cəmi 1 milyon 80 hektar dənlik taxıl və arpa əkini həyata keçirilib. Bu da 2020-ci illə müqayisədə cəmi 1 faiz artım deməkdir. Taxıl yığımı üzrə məhsuldarlıq da o qədər yüksək olmayıb. Ən yaxşı Mərkəzi Aran iqtisadi rayonunda taxl tədarükü hər hektara görə 20 senterdən bir az yüksək olub.
Hurriyyet.az-a danışan aqrar sahə üzrə ekspertlər iddia edir ki, taxıl əkini ilə bağlı konkret strateji proqram olmalıdır. Yəni taxıl elə bitki növüdür ki, onu adı suvarma üsulu ilə suvarmaq olmur. Dağlıq zonalarda yğış hesabına və ya xüsusi suvarma texnologiyaları ilə bu proses həyata keçirilir. Ona görə də taxılın məhsuldarlığı Azərbaycanda o qədər də çox deyil. Taxılı bir yerə 3 ildən artıq əkmək mümkün deyil. Çünki məhsul vermir. Mütləq növbəli əkin sistemi tətbiq olunmalıdır.
Deməli, məntiqlə Azərbaycanda aqrar sector üzrə növbəlilik prinsipləri ilə əkinə yararlı torpaqların inzibati yolla da olsa istifadəsi həyata keçirilməlidir. Yəni müvafiq strateji proqram olmalıdır.
İndi isə başqa bir məqama diqqət edək. Azərbaycan işğaldan azad edilən ərazilərdə də taxil əkini həyata keçirir. Kifayət qədər taxıl əkininə yararlı torpaqları olan Dağlıq və Aran Qarabağ regionlarında 2022-ci il üçün proqnozlaşdırılan taxıl tədarükü 300 min tondan çox olmayacaq. Deməli daxili təlabatımız olan 3 milyon 300 min tonun ən yaxşı halda 1.5 milyon tonunu daxildə tədarük edə bilərik. Lakin ekspertlər hesab edir ki, ərzaq təyinatlı buğda Azərbaycanda o qədər də yüksək göstəricilərlə tədarük edilmir. Ölkədə toplanan buğdanın 50 faizə qədər hissəsi yem təsərrüfatları və digər yardımçı sənaye təyinatları üçün istifadə olunur.
Deməli, Azərbaycan Ukrayna-Rusiya müharibəsi fonunda qarşıdakı aylar üçün taxıl ehtiyatları ilə bağlı yeni strateji plan düşünməlidir. Bu müharibənin regionda yarada biləcək mümkün iqtisadi böhranlı təsirlərini aradan qaldırmaq üçün yubanmadan yaxın və uzun müddətli proqramlar hazırlanaraq reallaşdırmalıdır.
Hurriyyet.az
1 415 dəfə oxundu