Ukraynaya hücum: Son sutkada baş verənlərin siyahısı
Bu gün, 4 mart Rusiya-Ukrayna müharibəsinin doqquzuncu günüdür. Ukrayna ərazisində Rusiyanın başlatdığı hərbi əməliyyatlar hələ də davam edir.
Yeniavaz.com “BBC”yə istinadən son sutka ərzində Ukraynada baş verənlərin qısa icmalını təqdim edir:
Avropanın ən böyük olan Zaporojye AES-də Rusiyanın atəşə tutmasından sonra yanğın baş verib. Ukrayna xilasediciləri yanğını söndürə bilib. Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti yanğında ölənlərin olmadığını, bunun reaktor sahələrinə deyil, yaxınlıqdakı beş mərtəbəli təlim sahəsinə təsir etdiyini bildirib.
Rusiyanın AES-ə hücumu bütün Avropanın təhlükəsizliyini təhdid edən “dəhşətli” və “ehtiyatsız” hərəkət adlandıran Qərb liderlərinin dərhal qınağına səbəb olub.
Ukrayna prezidenti Zelenski bir neçə saat əvvəl digər xalqları Putinin “nüvə terroru”na qarşı təcili tədbirlər görməyə çağırıb. O, avropalıları 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəza kimi qlobal fəlakət perspektivinə “oyanmağa” çağırıb və Rusiyanın tarixdə atom elektrik stansiyasını bombalamağa cəhd edən ilk ölkə olduğunu deyib.
Rusiya Ukraynanın cənubunda kampaniyasını gücləndirir, burada iki gün əvvəl Xersonu ələ keçirdikdən sonra əsas şəhər Mariupola yaxınlaşır.
Artıq bir milyondan çox qaçqın Ukraynanı tərk edib. Həm Rusiya, həm də Ukrayna mülki şəxslərin təxliyəsi üçün “humanitar dəhlizlər” yaratmağa razılaşıb.
1 433 dəfə oxundu