Rusiya-Ukrayna savaşı Azərbaycan üçün hansı sınaqlar vəd edir? - TƏHLİL

Rusiya-Ukrayna savaşı Azərbaycan üçün hansı sınaqlar vəd edir? -
İndi bütün region ölkələri üçün mühim olan məqamlar sosial-iqtisadi məqamlardır. Bəzən ekspertlər iddia edir ki, Rusiya ilə ticarət dövriyyəsi 3 milyardı keçmir və bu Azərbaycan üçün mühim sınaq təşkil etmir. Lakin biz bura Rusiyada yaşayan azərbaycanlıların öz ölkələrinə yolladığı yardımları nəzərə almırıq. Söhbət rəsmi statistik məlumatlardan getmir. Rəsmi statistikaya daxil edilməyən məqamlardan gedir. Əgər 2 milyona yaxın azərbaycanlının Rusiyada yaşaması ilə bağlı statistika yanlış olsa belə, bütün hallada biz bu rəqəmi 1 milyon nəfər olaraq da ifadə edə bilərik. 1 milyondan ibarət hər bir azərbaycanlı olsa belə ayda 1 dollar Azərbaycana yollasa bu ölkədə sosial həyata az da olsa təsir edir.

Bu baxımdan da istənilən halda regionda baş verən prosseslər bizim üçün sosial olaraq tərəddüdlər yaradır. Lakin ortada olan məqamlardan biri də odur ki, alternativ bazarlar olmayan idxal və ixracat da var. Məsələn, Azərbaycan tikinti materiallarının idxal etdiyi ən birinci ölkə Rusiyadır. İdxalataın qadağan ediləcəyi və məhdudlaşdırılacağı halda Azərbaycan ciddi itkilərlə qarşılaşa bilər. Nəzərə alsaq ki, Azərbaycanda yeni tikinti dövrü başlayır, yaz aylarında tikinti sektorunda canlanma prosseləri zamanıdır. O zaman nə baş verəcək? Azərbaycanda tikinti sektoru dəmiryol nəqliyyatının hərəkətinin məhdudlaşdırldığı təqdirdə ciddi şəkildə geri düşəcək. Sadə dillə ifadə etsək, Azərbaycanın daxili tikinti sektorunun 27 faizi Rusiyadan idxalatdan asılıdır. Düzdür daxili bazrımızda alternativ olan təkliflər də var. İran, Türkiyə kimi idxalçıların da Azərbaycanın tikinti bazarında payı yetərincədir. Lakin bütün hallarda bu Rusiyanın payını əvələmək anlamına gəlmir.

İlkin rəsmi statistik bilgilərə əsasən 2021-ci ildə Azərbaycan ilə Ukrayna arasında ümumi ticarət dövriyyəsi 871 milyon 400 min dollar olub. Ötən ilin yekunlarına görə Ukraynadan 418 milyon 455 min dollarlıq mal idxal etmişik və 353 milyon 45 min dollarlıq məhsul isə bu ölkəyə ixrac olunub. Bizim Ukraynaya ixrac etdiyimiz məshullar əsasən kənd təsərrüfatı məhsullarıdır.

Lakin Rusiya ilə ümumi illik ticarət dövriyyəmiz təxminən 3 milyard 300 milyon dollar olub. Təsəvvür edirsinizmi bu nə qədər böyük bir rəqəmdir?

Azərbaycanla Rusiya arasında idxalat daha yüksəkdir. Rusiyadan idxalımız 2 milyard 300 milyon dollar şimal qonşumuza ixracımız isə 991 milyon 300 min dollae olub.

Burada əsasən ixracatla bağlı ciddi problemlər ortaya çıxır. İxracatda əsasən ölkəyə valyuta axını, iqtisadiyyatın bərpa prossesləri özünü ifadə edir. Lakin həm Rusiyada nəqliyyat və yükdaşıma dəhlizlərinin qapalı olması, həmçinin də Ukrayna ilə da analoji problemlərin yaşanması istənilən halda çox ciddi problemlərin yaşana biləcəyindən xəbər verir.

Amma bu təsirlərin miqyası savaşın müddətindən birbaşa asılı olacaq. Savaş Rusiya ərazisində getmədiyi üçün şimal qonşumuz ilə ticari əlaqələrə hələlik xüsusi təsiri yoxdur. Amma əgər rubl ucuzlaşmaqda davam edərsə və sanksiyalar Rusiyada alıcılıq qabiliyyətini aşağı salarsa, o zaman bu qeyri-neft ixracatımıza təsir göstərə bilər. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlarda, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcminin artırmaqla bazarların şaxələndirilməsi çox vacibdir. İxrac bazarlarının diversifikasiyası xarici şokların təsirlərinin minimumlaşdırılması baxımından da aktualdır.

Dünya Bankının ilkin hesablarından belə anlaşılır ki, Rusiya ilə gərginlik Ukrayna iqtisadiyyatına hər ay 2-3 milyard dollar ziyan vurur.

İnformasiyada qeyd edilir ki, gərgin vəziyyətdə geri qaytarıla bilməyən itkilər ayda 2-3 mlrd. dollar təşkil edir. Bunlar dayandırılmış investisiyalar və əlavə inflyasiya, turizm sektorunda itkilər və hava səyahətlərinin azalmasıdır. Maliyyə bazarlarına da spekulyativ təzyiqlər var ki, bu da borc götürməyi əngəlləyir, məzənnəyə təzyiq göstərir. Bu məbləğ təxminən 1,5-2 mlrd. dollar təşkil edir.

Azərbaycan üçün Ukrayna haqda rəqəmlər nə vəd edir?

Ukraynadan idxal edilən malların strukturuna ərzaq və qeyri-ərzaq məhsulları daxildir.

Əsas idxal mallarında üstünlüyü tütün (47 milyon 779 min dollar), iribuynuzlu heyvan əti (27 milyon 992 min dollar), siqaret (22 milyon 165 min dollar), quş əti və onun əlavə məhsulları (20 milyon 977 min dollar), kərə yağı, digər süd yağları və pastaları (19 milyon 949 min dollar), dərman vasitələri (16 milyon 713 min dollar), isti yayılmış polad prokatı (11 milyon 789 min dollar), diri iribuynuzlu heyvanlar (8 milyon 930 min dollar), şokolad və şokolad məhsulları (7 milyon 553 min dollar), təzə meyvə (8 milyon 452 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (7 milyon 734 min dollar), çörək, unlu qənnadı məmulatları (7 milyon 677 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (6 milyon 326 min dollar), süd və qaymaq (4 milyon 310 min dollar) və sair təşkil edir.

Ukraynaya isə il ərazidə daha çox təzə meyvə (9 milyon 353 min dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (3 milyon 210 min dollar), təzə tərəvəz (2 milyon 167 min dollar), sürtkü yağları (1 milyon 726 min dollar), meyvə və tərəvəz şirələri (421 min dollar) və s. məhsulları satmışıq.

Rusiyanın çöküşü və rəqəmlər nə danışır?

Rusiyadan buğda (293 milyon 234 min dollar), uzununa doğranmış meşə materialları (100 milyon 35 min dollar), mineral gübrələr (79 milyon 223 min dollar), isti yayılmış polad prokatı (55 milyon 843 min dollar), şokolad və şokolad məhsulları (47 milyon 603 min dollar), bitki yağları (46 milyon 162 min dollar), televiziya qəbulediciləri (44 milyon 473 min dollar), yapışdırılmış faner (28 milyon 45 min dollar), dərman vasitələri (27 milyon 585 min dollar), paltaryuyan maşınlar (23 milyon 586 min dollar), kartof (23 milyon 515 min dollar), çörək, unlu qənnadı məmulatları (22 milyon 611 min dollar), ağac yonqarlı plitələr (22 milyon 399 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (20 milyon 610 min dollar), sintetik yuyucu maddələr (17 milyon 438 min dollar), ağac lifli plitələr (15 milyon 436 min dollar), sürtkü yağları (15 milyon 68 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (13 milyon 787 min dollar), mineral və qazlı sular (12 milyon 464 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (11 milyon 311 min dollar) və s. məhsullar idxal edirik.

Rusiyaya isə təzə meyvə (274 milyon 832 min dollar), təzə tərəvəz (214 milyon 122 min dollar), kartof (30 milyon 817 min dollar), elektrik enerjisi (11 milyon 738 min dollar), neft koksu (9 milyon 616 min dollar), etilen polimerləri (8 milyon 318 min dollar), meyvə və tərəvəz şirələri (8 milyon 148 min dollar), bentonit gili (7 milyon 956 min dollar), pambıq ipliyi (5 milyon 315 min dollar), meyvə və tərəvəz konservləri (4 milyon 600 min dollar), tütün (3 milyon 427 min dollar), təbii üzüm şərabları və üzüm suslosu (2 milyon 880 min dollar), çay (1 milyon 689 min dollar) və s. məhsulları ixrac edirik.

Bütün bu rəqəmlər Azərbaycan üçün kifayət qədər əhəmiyyət kəsb edir. Bu baxımdan da həm Rusiyaya embarqoların tətbiq edilməsi, həm də Ukraynada iqtisadiyyatın çöküşü bizim üçün də heç də yaxşı gələcək vəd etmir. O üzdən də regionun kifayət qədər əhəmiyyətli ölkəsi olaraq Azərbaycan üçün müharibənin uzun sürməsi heç də sosial və iqtisadi olaraq yaxşı günlər vəd etmir.

"Hürriyyət"in İqtisadiyyat Şöbəsi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...