Rusiya müharibəni dayandırmaq üçün 6 şərt qoyub - SİYAHI

Rusiya müharibəni dayandırmaq üçün 6 şərt qoyub -
Rusiya Ukraynada müharibəni dayandırmaq üçün 6 şərtini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu iddia ilə Ukraynanın zn.ua agentliyi çıxış edib. Bildirilib ki, bu məlumat mətbuat orqanına diplomatik mənbələr vasitəsilə çatdırılıb.
Agentlik bildirir ki, Rusiyanın Ukraynaya qarşı tələbləri bunlardır:
- NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu
- Rus dili Ukraynada ikinci dövlət dili olmalıdır. Onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir
- Krımın Rusiya ərazisi kimi tanınması
- Qondarma DXR və LXR-in, regionların (hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla) inzibati sərhədləri daxilində müstəqilliklərinin Ukrayna tərəfindən tanınması
- "Denasifikasiya". Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğv olunması
- "Ukraynanın demilitarizasiyası". İstənilən halda istənilən növ hücum silahlarından tamamilə imtina.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...