Azərbaycanın buğda ehtiyatı martın sonunda tükənəcək - ARAŞDIRMA
Ölkədə kənd təsərrüfatı məhsullarının qiymətində hansı dəyişikliklər müşahidə olunur?
Azərbaycanda qiymət artımı baş verirmir? Bu suala cavab almaq üçün kiçik bir araşdırma apardıq. Hələlik ərzaq bazarında bahalaşma özünü o qədər də göstərmir. Lakin Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri ötən ilin eyni dövrü ilə müqayisə etdikdə, ortaya çox ciddi rəqəmlər çıxır. DSK-dan bildirilir ki, 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Azərbaycanda ərzaq məhsulları 17 faiz bahalaşıb.
Əlbəttə ki, müstəqil ekspertlər bu rəqəmin reallığı əks etdirmədiyini bildirir, balaşamanın bu ilin əvvələrindən etibarən çox yüksək faizlə müşahidə edildiyini iddia edirlər.
Bu gün dünya miqyasında müzakirə edilən ən mühim məsələ ərzaq qıtlığının yaşana bilməsi ilə bağlıdır. BMT-nin iki gün əvvəl açıqladığı məlumatlardan belə aydın olur ki, yaxın aylarda Afrika qitəsində və bəzi Asiya ölkələrində çox ciddi ərzaq qıtlığı yaşanacaq, aclıq səviyyəsi üzrə göstəricilər yüksələcək.
Rusiya və Ukrayna ilə ticarət əlaqələrində yaranmış çətinlik ucbatından Azərbaycanda qiymət bahalaşması daha çox ərzaq məhsullarında, o sıradan bitki yağlarında, çörək və un məmulatlarında, dərman preparatlarında, siqaretdə və tütün məmulatlarında müşahidə olunacaq.
Bu arada, Benəlxalq Valyuta Fondundan da yaxın perpektivdə bahalaşmanın ola biləcəyinə dair bədbir proqnoz açıqlanıb. BVF-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri kifayət qədər ağırdır: “Biz Rusiyada dərin tənəzzül gözləyirik və bu kəskin azalma artıq öz təsirini göstərməkdədir. Rubl xeyli ucuzlaşıb... Real gəlirlər azalıb. Rusiya əhalisinin alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb... Biz artıq Rusiyanın defoltunu gözlənilməz hadisə kimi görmürük. Rusiyanın borcuna xidmət etmək üçün pulu var, lakin ona çıxış əldə edə bilmir. Məni daha çox narahat edən odur ki, Ukrayna və Rusiyadan kənara çıxan nəticələrin olmasıdır. Ən çox Rusiya və Ukraynanın bilavasitə qonşuları, Orta Asiya respublikaları, Qafqaz, Moldova narahatdır, çünki onların Rusiya və Ukrayna ilə dünya ölkələri ilə müqayisədə daha çox ticarət əlaqələri var. Beləliklə, yaxın qonşulardan əlavə, bizi çox narahat edən iki qrup ölkə var. Birinci qrup, COVID-in yaratdığı iqtisadi böhrandan hələ çıxmamış ölkələrdir, onlar üçün bu şok xüsusilə ağrılıdır. İkinci qrup isə Rusiyadan enerji idxalından daha çox asılı olan ölkələrdir, çünki orada təsir istehlak, eləcə də inflyasiya daha nəzərə çarpacaq".
Göründüyü kimi, təsirlər inflyasiyanın yüksək olduğu ölkələrdə daha güclü olacaq. Azərbaycan MDB dövlətləri arasında qiymətlərin səviyyəsi ən çox artan ölkədir. Ukrayna (ticarət dövriyyəsində 7-ci) və Rusiya (ticarət dövriyyəsində 3-cü) Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Azərbaycandan Ukraynaya 452,449 milyon dollarlıq mal göndərilib,
Ukraynadan Azərbaycana 470,024 milyon dollarlıq mal gətirilib.
Rusiyaya gəlincə, ötən il bu ölkəyə 920,819 milyon dollarlıq mal göndərilib, Rusiyadan Azərbaycana isə 2 milyard 74 milyon dollarlıq mal gətirilib.
Ukrayna ilə ticarət əlaqələrində mal pozisiyası üzrə tütün məmulatı və siqaretlər, ərzaq məhsulları, dərman ləvazimatları üstünlük təşkil edir.
Rusiyaya gəlincə, ötən il Rusiayadan Azərbaycana 293 milyon 235 min dollar məbləğində və ya 1 milyon 350 min ton həcmində buğda, bundan əlavə 100 milyon dollar məbləğində uzununa doğranmış meşə materialları, 46 milyon dollarlıq bitki yağları gətirilib. Deməli, bu üç məhsul Rusiyadan idxalın 20 faizindən çoxunu təşkil edir.
Rəqmlərdən də gööründüyü kimi, Azərbaycanda ərzaq buğdasının, unun qiymətində bahalaşma baş verə bilər.
Hətta, bu gün yayılan informasiyalara əsasən, artıq Azərbaycanda un satışını həyata keçirən topdansatış mərkəzlərində satış dayandırılıb. Görünür, daşınma problemləri olduğundan idxalçılar ehtiyat variantlara əl atırlar. Müqayisə üçün bildirək ki, Azərbaycan Cənubi Qafqazda ən az ərzaq buğda ehtiyatı olan ölkədir. Yanvar ayında Rusiya ərzaq buğdasına tətbiq etdiyi əlavə vergilərdən sonra Azərbaycanda çörək bahalaşdı. O zaman apardığımız araşdırmalar nəticəsində ortaya çıxan rəqəmlərdən belə aydın olurdu ku, Gürcüstanın 6 aylıq buğda ehtiyatı var. Hətta Ermənistanda da buğda ehtiyatları 3 ay üçün mövcuddur. Azərbaycanın isə buğda ehtiyatları 1 aydan da az müddət üçün yetərlidir. O zaman rəsmilər açıqlama verdilər ki, ərzaq buğdasının idxalı üçün bağlanan müqavilələr uzunmüddətlidir. Lakin fors-major situatsiyada ölkəmizin Rusiya və Ukraynadan buğda tədarük etməsinin mümkün olmayacağı yəqin hesablanmamışdı. İndi daşınma çətinləşib.
Rusiya ümumiyyətlə sentyabr ayına qədər buğda ixracatını dayandırır. Bu barədə Rəsmi Kreml tərəfindən qərar da verilib. Hazırda ölkəmiz buğda ehtiyatını formalaşdırması və daxildə çörəyin təkrar bahalaşmasının qarşısını almaq üçün yalnız Qazaxıstan bazarına üz tuta bilər.
Lakin hökumət yaranmış fors-major halında hansı önləyici planlar hazırlayıb, hansı formada ərzaq təhlüksəsizliyini təmin etmək fikirindədir, bu barədə açıq ictimai məlumatlandırma həyata keçirmir.
Rəsmilərin açıqlamaları yalnız ondan ibarətdir ki, ölkəmizin valyuta ehtiyatları var və manat hansısa təsir altına düşməyəcək. Və ya “Azərbayan alternativ bazarlar axtarışındadır” kimi şablon açıqlamalar.
Məhz bu informasiyasızlıq da bazarda psixoloji basqı yaradır. Nəticə etibarilə də ərzaq məhsulları riskli qiymət artımı dövrünə qədər qoyub.
İqtisadiyyat Şöbəsi
964 dəfə oxundu