Rusiyada kağız böhranının Azərbaycana təsiri: Qiymətlər artır
Azərbaycana ötən il gətirilən 16,696 min ton kağız və kartonun (tərkibində mexaniki və kimyəvi üsulla alınmış lif olmayan, 1 kvadrat metrin kütləsi 40-150 qram olan kağız və karton vərəq/rulon, digərləri) 16,168 min tonu və ya 97 %-i, qəzet kağızının (rulonlarda və ya vərəq şəklində) 100 %-i Rusiyanın payına düşüb.
Bu isə o deməkdir ki, Rusiya-Ukrayna arasındakı müharibə səbəbindən kağız məhsulları ilə təminatda problem yaşana bilər.
Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu "Report"a bildirib ki, kağız firmalardan və bu işlə məşğul olan fərdi şəxslərdən əldə edilir.
Onun sözlərinə görə, son bir ay ərzində ölkədə kağızın qiyməti bir neçə dəfə artıb:
"Bu proses çox sürətlə baş verib. Əvvəl kağızın tonu 1 380 ABŞ dolları idi. Sonra 1 480, 1 500, daha sonra 1 700 ABŞ dollarına qalxdı. Hazırda isə qiymət 2 100 ABŞ dolları təşkil edir. Bazarda demək olar ki, bizim istifadə etdiyimiz kitab kağızı bitmək üzrədir. Yeni kağız çeşidlərinin idxalı müxtəlif yerlərdən gözlənilir. Amma kənardan gələn kağızlar Rusiyadan gətirilən kağızları əvəzləyə bilmir. Belə bir böhran bizi də gözləyir. Hazırda bizdə çox məhdud çeşidlərdə kağızlar qalıb. Lazım olan çeşidlər artıq bazarda yoxdur".
Ş. Xuduoğlu hesab edir ki, Avropadan gətirilən kağızlarda intensivləşmə olacaq. Hazırda Rusiyaya alternativ olaraq Finlandiya, İndoneziya, Almaniyadan kağızlar gətirilir:
"Amma yenə də bütün bunlar qiymətə təsir edəcək. Avropadan kağız daha baha qiymətə gələcək. Çində də kağız böhranı yaşanır. Orada da kağız azalır və nətiçədə qiymət artımı müşahidə olunur. Çünki Çin də meşə məhsullarını Rusiyadan alır. Artıq bu baxımdan problem var. Türkiyədə bu məhsulları əsasən Rusiyadan və Ukraynadan alırdı. Onlarda da bəlli səbəblərdən kağız qıtlığı var. Ümumiyyətlə, dünya bazarında hazırda kağız qıtlığı var".
Onun sözlərinə görə,Tailanddan və Çindən kağız gətirmək imkanı var.
Rusiyadan Azərbaycana müxtəlif çeşiddə kağız gətirən firmanın xarici departament rəhbəri Mətanət Namazova da etiraf edir ki, hazırda Rusiya bazarında qiymət artımı baş verir: "Azərbaycanın kağız bazarının böyük payı Rusiyaya düşür. Əlbəttə, bu bizim ölkənin kağız bazarına həm qiymət, həm də keyfiyyət baxımından təsir göstərəcək. Daşımalarda hələlik problem yoxdur. Nəqliyyat, logistika işi necə idisə, elə də davam edir. Rusiyada zavodlar bizə elan ediblər ki, hətta saatbasaat qiymətlər artır. Həmçinin keyfiyyətdə də hansısa fərqlər gözlənilir.
Əvvəl bizə 2-3 aylıq qiymət deyilirdisə, hazırda günlük qiymət cədvəli verilir. Çünki onlarda həm rublun dollara qarşı məzənnəsi dəyişir, həm də qiymətlər fərqli olur. Biz ancaq mal oradan çıxanda qiymətin nə qədər artdığını bilirik. Alış-veriş rublla olur. Əvvəl də belə idi".
Kağız daşınması ilə məşğul olan Abbas Abbasov əsasən Çindən kağız gətirir. O qeyd edir ki, Finlandiyadan da kağız gətiriblər, hazırda isə oradan idxal dayanıb: "Tranzit xətti Rusiyadan keçdiyi üçün orada problem yaranıb. Çindən gətirilmədə də böyük çətinliklər var. Logistika çətinliyi var, çatdırılma vaxtı çox uzanıb. Qiymətlər də dayanmadan qalxır.
Hazırda parlaq təbaşirli kağızların 1 tonu 2 100-2 200 ABŞ dolları təşkil edir".
1 321 dəfə oxundu