Hakerlər MİDA-nın mənzillərini bu qiymətə satır - Şok

Hakerlər MİDA-nın mənzillərini bu qiymətə satır -


Mənzil İnşaatı Dövlət Agentliyinin bu gün satışa çıxartdığı “Güzəştli mənzil”lərlə bağlı şikayətlərin ardı-arası kəsilmir. Vətəndaşların iddiasına görə, 5 saniyədən az müddət ərzində satılan 442 ev hakerlər vasitəsilə alınıb.

Bununla bağlı Axar.az-ın əməkdaşı sosial şəbəkə üzərindən anonim hakerlərlə söhbət aparıb.

Məlum olub ki, MİDA-da satışa çıxarılan mənzilləri almaq üçün hakerlərin vətəndaşlara “oxuduğu” qiymət otaqların sayına görə 5000-10000 arasında dəyişir.

Hakerlər üçoqtaqlı mənzil almaq üçün göstərdikləri xidmətə görə əməkdaşımızdan 7000 AZN, ən sonu 6500 AZN tələb ediblər.

Bəzi hakerlər isə qiyməti üz-üzə görüşdükdən sonra dediklərini bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...