Akif Çovdarovla bağlı mətbuatda yayılan xəbərlərə AÇIQLAMA

Akif Çovdarovla bağlı mətbuatda yayılan xəbərlərə
Bakı Apellyasiya Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, məlumatda kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş cinayət işinin indiyədək Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmadığı bildirilib.

Qeyd olunub ki, həmin işlə bağlı Bakı Apellyasiya Məhkəməsindən kütləvi informasiya vasitələrinə hər hansı məlumat verilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Ali Məhkəmə Akif Çovdarovun müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı kassasiya qərarını elan edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunaraq iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...