Əkbər Hacıyevin işçisi Bakıda yəhudi jurnalistin qazını kəsdi, siyasi qalmaqal yarandı

Əkbər Hacıyevin işçisi Bakıda yəhudi jurnalistin qazını kəsdi, siyasi qalmaqal yarandı

“Azəriqaz” QSC-nin işçisi Bakıda yəhudi jurnalistin qazını kəsərək ciddi siyasi qalmaqala səbəb olub.

Virtualaz.org saytı xəbər verir ki, Nərimanov rayonu qaz idarəsinin işçisi dünən “Yəhudi Xəbər Agentliyi”nin (aen.ru) müxbirinin mənzilinə qaz verilişini dayandırıb.

Bu barədə aen.ru agentliyində yəhudi icmasının liderlərindən Semyon İxiilovun adından yayılan bəyanatda bildirilir.

Məlumatda deyilir ki, qaz idarəsinin işçisi yəhudi jurnalistin evinin qazını kəsərkən bunu “gah siyasi, gah ideoloji” səbəblərlə əsaslandırıb. “Kimin qazını kəsmək istəsəm, kəsərəm” deyib.

“Nəyə görəsə aen.ru agentliyinin müxbirinin qazını kəsməyi qərara alıblar.Ya əməkdaşları ölkə vətəndaşlarına qarşı özbaşınalıqları ilə ad çıxarmış “Azəriqaz”da prinsipcə jurnalistləri sevmirlər, ya da konkret olaraq başqa dinə və etnosa mənsub olan jurnalisti sevmirlər”- bəyanatda deyilir. “Təəssüf ki, Azərbaycanda məişət səviyyəsində antisemitizm və ksenofobiyanın kökü hələ kəsilməyib, yəhudi icmasının üzvləri müntəzəm olaraq bunun təzahürü ilə üzləşir”- agentlik əlavə edir. İddia edilir ki, bu neqativ təzyiqlərə davam gətirməyənlər ölkəni tərk edir, qalanlar isə inanır ki, ölkə əhalisinin əksəriyyəti, dövlət və şəxsən müdrik tolerantlıq və multikulturalizm siyasəti yürüdən prezident İlham Əliyev cızığından çıxmış ksenofobların cavabını verəcək.

“Əminəm ki, həqiqət bizim hörmətli prezidentimiz İlham Əliyevin kursunu dəstəkləyənlərin tərəfindədir. İnanmaq istərdik ki, “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi-siyasi kursunu dəstəkləyir və respublikada “əjdaha dişi” səpənlərin-etnik və dini münaqişələr yaratmağa çalışanların tərəfində deyil”-Semyon İxiilov bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...