Kim haqlıdır? - Nazirlik “sağalıb”, qazi “ayağım çürüyür” deyir
III qrup müharibə əlili İlham Məmmədov Ziyəddin oğlunun pensiya təminatının 1 ildən çoxdur dayandırılması haqqında xəbər vermişdik.
Yazıda qeyd etmişdik ki, Birinci Qarabağ müharibə iştirakçısı 1994-cü ildən əlilliyə görə pensiyaya çıxıb. Lakin 2021-ci ilin martın 4-də pensiya təyin edən komissiya onun tam reabilitasiya olunduğunu əsas gətirərək pensiya təyin etməyi rədd edir.
Qərardan narazı qalan ailə əlilliyin təkrar qiymətləndirilməsi üçün komissiyaya bir neçə dəfə müraciət etsə də, rədd cavabı alır. Ancaq fotolardan da göründüyü kimi, müharibə əlilinin tam reabilitasiya olunması barədə qərar həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq.
Agentliyin mətbuat katibi Tural Qurbanov Teleqraf.com-nun müraciətinə cavab olaraq bildirib ki, Məmmədov İlham Ziyəddin oğlunun əlilliyinin qiymətləndirilməsi ilk olaraq tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında aparılıb: “Müəyyən edilib ki, vətəndaşın hazırkı vəziyyəti əlillik səviyyəsində deyil. Bu səbəbdən ona imtina qərarı verilib.
Daha sonra 27.05.2021-ci ildə İlham Məmmədov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyasının eksperti tərəfindən bu dəfə əyani şəkildə daha ətraflı müayinə edilib. Müayinə zamanı onun tam reabilitasiya olunması müəyyən edilib.
Bu baxımdan Məmmədov İlham Ziyəddin oğlunun “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qüvvədə saxlanılıb”.
2 291 dəfə oxundu