"ARTIQ RUSİYADA ÇEVRİLİŞ BAŞLAYIB..." - Baş kəşfiyyatçı müharibənin bitəcəyi tarixi açıqladı

"ARTIQ RUSİYADA ÇEVRİLİŞ BAŞLAYIB..." -

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə avqust ayında dönüş nöqtəsinə çatacaq və ilin sonuna başa çatacaq.

Ukraynanın Baş kəşfiyyatçısı Kirill Budanov belə hesab edir.

Artıq Rusiyada Vladimir Putini devirmək məqsədilə çevriliş baş verir. Bu barədə də Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat Idarəsinin rəisi Kirill Budanov «Sky News»-ə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Kremlin başçısı ciddi xərçəng xəstəsidir.. Kəşfiyyat rəhbəri əlavə edib ki, Putinin daha bir neçə ciddi xəstəliyi var:

Budanov həm də qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə avqust ayında dönüş nötəsinə çatacaq və ilin sonuna başa çatacaq: “Putinin psixo-emosional və fizioloji vəziyyəti də pisdir. Avqustun ikinci yarısı dönüş nöqtəsi olacaq, bu ilin sonuna kimi aktiv döyüş əməliyyatlarının əksəriyyəti başa çatacaq. Nəticədə, biz itirdiyimiz bütün ərazilərimizdə, o cümlədən Donbasda və Krımda Ukrayna hakimiyyətini bərpa edəcəyik… Avropa Rusiyanı böyük təhlükə olaraq görür. Onun təcavüzündən qorxurlar. Biz Rusiya ilə səkkiz ildir ki, müharibə edirik və deyə bilərik ki, geniş reklam edilmiş rus gücü sadəcə mifdir. O, deyildiyi qədər də güclü deyil. Bu, sadəcə silahlı adamlar dəstəsidir”.

Onun sözlərinə görə, Rusiyanın taktikası dəyişməyib, baxmayaraq ki, müharibə şərqə doğru irəliləyib və əlavə edib ki, Rusiya böyük itkilər verir.

Baş kəşfiyyatçı deyir ki, müharibədə Rusiyanın uğursuzluğuna təəccüblənmir. «Biz, düşmənimiz barədə hər şeyi bilirik. Biz, onların planları barədə demək olar, o andaca xəbər tuturuq» - o, qeyd edib.

Qeyd edək ki, Budanov Rusiyanın işğalının nə vaxt baş verəcəyini vaxtında deyib və indi o, müharibənin nə zaman bitəcəyi ilə bağlı proqnozuna da əmindir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 160 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...