“Bolt” sürücüləri şirkəti boykot edəcəklər: aksiyaya hazırlaşırlar

“Bolt” sürücüləri şirkəti boykot edəcəklər:

“Bolt” şirkətində çalışan sürücülər etiraz aksiyası keçirməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə həmin sürücülərdən biri, eyni zamanda aksiyanın təşkilatçısı Nicat Məmmədov bildirib.

O xəbər verib ki, 27 may, axşam saat 5-7 arası bütün Bolt sürücüləri hamı birdən programı bağlayıb Boltu boykot edəcəklər. “Bu 2 saat ərzində kim ki, gündəlik arenda verir, başqa şirkətin programı ilə işləyə bilər, təki Bolt bağlı olsun”.

O bildirib ki, eyni zamanda boykot ərzində hər kəs öz müştəri programından girib mərkəz (Sahil, 28 may, İşərişəhər) ərazilərə “Bolt”dan sifariş verəcək. “Yəni, olduğumuz yeri, məsələn, 28 Mall, Hökümət Evi, Sahil metrosu, Qız Qalası və s. göstərərək, həmin yerlərə taksi çağıracayıq. Sifarişi qəbul edən sürücüyə məlumat verəcəyik ki, saat 5-dən 7-yə kimi hamı programı bağlayıb, sən də bağla. Beləcə boykotdan məlumatı olmayan şəxsləri də boykota dəvət edəcəyik”.

Nicat Məmmədov deyib ki, bu boykotun 1-ci mərhələsidir. “2 saat aralığında vaxtı ona görə qoymuşuq ki, bütün gücümüzü 2 saat vaxta sərf edib daha çox effektiv olaq. Bu saat aralığı növbəti günlərdə daha da çoxaldılacaq. Ta o vaxta kimi ki, “Bolt” məcbur qalıb bizim tələbləri yerinə yetirəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...