Ukrayna tərəfi Rusiya və Türkiyə ilə danışıqlara hazır olduğunu bildirib

Ukrayna tərəfi Rusiya və Türkiyə ilə danışıqlara hazır olduğunu bildirib
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov Vladimir Zelenskinin rusiyalı və türkiyəli həmkarları Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla telefon danışığı təklifini nəzərdən keçirəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

“Ukrayna prezidentinin aparatının mövqeyinə gəlincə, Rusiya prezidenti razılıq verərsə, biz də belə bir təklifə baxacağıq”, - deyə o bildirib.

Mətbuat katibi bildirib ki, razılaşmalar yalnız Rusiya və Türkiyə başçıları arasında baş versə belə Kiyev danışıqlar təklifini hər zaman nəzərdən keçirməyə hazırdır.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının mayın 30-na planlaşdırıldığını və ikitərəfli formatda Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı olmadan baş tutacağını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...