Məşhur “Marriott” otel şəbəkəsi Rusiyanı tərk etdiyini elan edib
Beynəlxalq otellər şəbəkəsi Marriott Rusiya bazarından çıxışını elan edib.
Azpost.info bildirir ki, bu barədə şirkətin internet səhifəsində məlumat verilib.
Şəbəkənin ölkədəki fəaliyyətinin dayandırılmasına səbəb kimi Ukraynanın işğalı ilə əlaqədar Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar göstərilir. Şirkət ölkədə fəaliyyətini davam etdirməyin qeyri-mümkün olduğunu bildirir.
Şirkətin vebəsifəsində verilən məlumatına görə, müharibə başlayandan bəri münaqişə zonasında qalmış işçilər və onların ailə üzvlərinə dəstək məqsədilə 1 milyon dollar, habelə Ukraynadan olan qaçqınları yerləşdirməsini təmin edən 85-dən çox otelin təchizatı üçün 2,7 milyon dollar yönəldilib.
Marriott şəbəkəsi Rusiyada 25 il fəaliyyət göstərib. Martın əvvəlində şirkət Moskvadakı ofisini bağladığını, investisiyaların və Rusiyada yeni otellər açılışının dayandırdığını elan etdi. Hilton və Hyatt otel şəbəkələri də eyni qərarı verib.
Yale İdarəetmə Məktəbinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 1000-ə yaxın xarici şirkət Rusiyanı tərk edəcəklərini və ya ölkədə fəaliyyətlərini məhdudlaşdıracaqlarını bəyan ediblər.
709 dəfə oxundu