AZAL sərnişinlərə verilən fındığa da “əl gəzdirdi” – “Stüardessa təsdiqlədi ki…”

AZAL sərnişinlərə verilən fındığa da “əl gəzdirdi” –
AZAL sərnişinlərinə yolboyu təklif etdiyi yemək paketində əcaib dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, iki saatdan çox uçuş müddəti olan reyslərdə AZAL sərnişinlərə adətən isti yeməklər təklif edir. Bu yemək paketində kiçik qablarda qovrulmuş fındıq da olurdu. Həmin qabda isə illərdir standart şəkildə 12 ədəd fındıq qoyulurdu.

İki gün əvvəl AZAL-ın xidmətindən istifadə edən sərnişinlərdən birin Gundem.az-a verdiyi məlumata görə, bir müddətdir AZAL paketlərdəki fındıq sayını azaldıb.

“Mən ötən həftə İstanbula getdim, adətən 12-14 fındıq olan paketlərdə 6-7 ədəd var idi. Geri qayıdanda da eyni vəziyyəti müşahidə etdim. Bunu təyyarədəki stüardessalar da təsdiqlədi ki, fındıq sayı azaldılıb”, deyə sərnişin bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...