İşgəncələrə nağıl demişdi, dünən isə işgəncənin qarşısını aldığını dedi
Xəbər verdiyimiz kimi, ötən gün Hərbi Prokurorluğun qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Tərtər hadisələri”ndə zərərçəkənlərin ailə üzvləri və yaxınları olub. Onlar yenilənmiş “Tərtər işi”nin obyektiv araşdırılması üçün Hərbi Prokuror Xanlar Vəliyevin istefası tələbi ilə şüarlar səsləndiriblər. Bundan sonra X. Vəliyev açıqlama verərək istefa verməməli olduğunu deyib. O, açıqlamasında bildirib ki, ona qarşı istefa çağırışı etmək absurddur, o işgəncələrin qarşısını alan adamdır.
Yeniavaz.com xəbər verir ki, Hərbi prokurorun bu sözlərindən sonra onun son bir il ərzində üç fərqli vaxtda verdiyi açıqlamalar sosial şəbəkələrdə müzakirə edilib.
Belə ki, X. Vəliyev 16 aprel 2021, 1 noyabr 2021 və 16 iyun 2022-ci il tarixində “Tərtər işi” ilə bağlı müxtəlif və əks məzmunlu açıqlamalar verib.
X. Vəliyev 2021-ci ilin aprel ayında “Tərtər işi” ilə bağlı açıqlamasında deyib: “Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.
O, bundan təxminən 6 ay sonra verdiyi açıqlamasında isə bildirib: “Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaqdan öncəki bir neçə gün dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, hərbi prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik. Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir”.
Nəhayət ötən gün Hərbi prokuror bütün bu müzakirələrin ortaya çıxmasına səbəb olan açıqlamanı verib: “Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”.
Yuxarıda göstərilən üç fərqli tarixdə verilmiş açıqlamalar sosial şəbəkə istifadəçilərinin müzakirə mövzusuna çevrilib.
Bütün bunlarla bağlı Hərbi Prokurorluğun mövqeyini öyrənmək istədik. Hərbi prokurorun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev ilə əlaqə saxlağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
910 dəfə oxundu