Neft 10 dollar da ucuzlaşacaq – Sensasion proqnoz
Dünya Bankı (DB) ekspertləri İrana qarşı sanksiyaların ləğv edilməsindən sonra neft qiymətlərinin bir barelə görə gələn il üçün proqnozlaşdırılan qiymətdən 10 dollar da aşağı olacağını düşünürlər. AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, İranla ticarət əlaqələrinin bərpa olunmasından ən çox Avropa İttifaqı, Çin, ABŞ, Hindistan və Türkiyə udacaq.
DB-nin proqnozlarına əsasən, İrana qarşı sanksiyaların ləğv olunmasından sonra dünya bazarlarına çıxarılan neftin həcmi gündəlik 1 milyon barel artacaq. DB ekspertləri İranın neft bazarına qayıtmasından sonra 2016-cı ildə bir barel üçün proqnozlaşdırılan qiymətin 10 dollar (66 dollardan 56 dollara) da aşağı düşəcək, ki, bu da neft istehsal edən ölkələrin büdcələrinə neqativ təsir edəcək.
İddia edilir ki, Səudiyyə Ərəbistanın gəlirləri 40 milyard dollar, Liviyanın isə 5 milyard dollar azalacaq. İranın özü isə mövcud vəziyyətdə gəlir əldə edəcək. DB ekspertləri, həmçinin İrana qarşı sanksiyaların ləğvindən sonra ölkəyə birbaşa investisiyaların sayının əhəmiyyətli dərəcədə artacağını bildirir. Artıq 2016-2017-ci illərdə bu investisiyaların həcmi 3-3,2 milyard ola bilər ki, bu da hazırkı göstəricidən iki dəfə çoxdur. Bu arada İran rəhbərliyinin qiymətləndirilməsinə əsasən ölkənin neft-qaz sektoruna 2020-ci ilə qədər 130-145 milyard dollar yatırılmalıdır.
DB-nin hesabatında vurğulanır ki, neft-idxal edən ölkələr dünya bazarlarında neftin aşağı düşməsindən deyil, həm də İranla ticarət əlaqələrinin bərpa olunmasından udacaq. İranla əlaqələrin bərpa olunmasından ən çox ABŞ, Aİ, Çin, Hindistan, Türkiyə, həmçinin Səudiyyə Ərəbistanı udacaq. İranla əlaqələrin bərpa olunmasından Rusiya da qazana bilər.
995 dəfə oxundu