Gürcüstanda etiraz aksiyaları davam edir

Gürcüstanda etiraz aksiyaları davam edir

Ötən gün axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında minlərlə insan “Evə, Avropaya” şüarı ilə etiraz aksiyası keçirib, toplaşanlar baş nazir İrakli Qaribaşvilinin istefasını və milli razılıq hökumətinin yaradılmasını tələb ediblər.
Yeniavaz.com xəbər verir ki, aksiyalarda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə plakatlar, həmçinin Gürcüstan və Avropa İttifaqının bayraqları qaldırılıb.
“Evə, Avropaya” aksiyasının iştirakçıları ötən gecəni Respublika meydanında keçiriblər.
Səhər saatlarında Gürcüstan hökumətinin binası qarşısına toplaşan avrointeqrasiya tərəfdarları ölkədə bir sıra islahatların aparılmasını tələb ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...