Moskva Türkiyəyə qarşı yeni sanksiyalar hazırlayır

Moskva Türkiyəyə qarşı yeni sanksiyalar hazırlayır


Rusiya Türkiyədən olan işlərin və xidmətlərin idxalının qarşısını faktiki olaraq almaqla bu ölkəyə qarşı sanksiyaları genişləndirməyə hazırlaşır. Virtualaz.org “Kommersant”-a istinadən bildirir ki, İqtisadi İnkişaf Nazirliyi Rusiyanın baş naziri Dmitri Medvedevin göstərişi ilə hökumət qərarının layihəsini hazırlayıb.

Sənəd prezident Vladimir Putinin Türkiyəyə dair sanksiyalar haqqında imzaladığı fərmanı çərçivəsində hazırlanıb. “Kommersant”ın məlumatına görə, qərara əsasən, Rusiya hüquqi şəxslərə türk profil agentləri ilə müqavilə bağlamağı qadağan edir. Sənəd qüvvəyə mindiyi halda sanksiyalar inşaat, mehmanxana, eləcə də ağac emalı və Rusiya aviaşirkətlərinin personalının Türkiyədə təliminə şamil ediləcək.

Yeni sanksiyaların hazırlanmasına dair məlumatı hökumətdə olan mənbə təsdiqləyib. Onun sözlərinə görə, Rusiya hüquqi və fiziki şəxsləri ilə Türkiyə hüquqi və fiziki şəxsləri arasında bağlanan müqavilələr üçün Rusiyada saziş pasportunu qeydiyyatdan keçirmək mümkün olmayacaq. Bununla yanaşı, Rusiya dövlət satınalmalarında türk şirkətlərinin istənilən iştirakı tam qadağan ediləcək.

Nəşrin həmsöhbətinin sözlərinə görə, sanksiyalar yalnız yeni müqavilələrə şamil ediləcək, artıq Rusiya bazarında işləyən türk şirkətləri gələcəkdə istisna edilə bilərlər. Sanksiyaların həyata keçirilməsinə nəzarət Mərkəzi Bankın iştirakı ilə "Rosfinmonitorinq"ə həvalə edilə bilər. Bununla yanaşı, müxtəlif istisnaları daxil etmək haqqının da tətbiqi planlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...