3 saylı Uşaq evində DƏHŞƏT – Yara tökən 6 yaşlı Nuran niyə həkimə APARILMIR? - VİD
Xətai rayonu 3 saylı Uşaq evində dəhşətli faktlar ortaya çıxıb. İddia olunur ki, Uşaq Evində böyüyən uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir.
Həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaq uşaqlara verilmir. Hətta Qurban bayramında Uşaq evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlılqar Uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.
Bu iddialarla Bizim.Media-ya hazırda 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva çıxış edib. Onun sözlərinə görə uşaqlara qarşı olunan haqsızlıqlara artıq göz yuma bilmədiyi üçün məsələnin ictimailəşməsinə qərar verib.
Gülcan Nağıyeva iddiaları ilə bağlı Bizim.Media-ya görüntülər təqdim edib.
Həmin görüntülərdən birində 6 yaşlı Nuranın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb.
əlavə edib.
Məsələ ilə bağlı Məhbubə Hüseynova ilə də əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında barəsində deyilənlərin əsassız olduğunu deyib:
“Respublikada bu dəqiqə suçiçəyi yayılıb. Şəxsən mənim öz uşaqlarım da suçiçəyinə yoluxub. Necə oldu ki, “detdom”da bütün uşaqlar suçiçəyi oldu, bir dənə o uşağa baxmadıq? Uşaqların heç birində ləkə də qalmayıb.
Ölkə bu gün bu gündədir. Uşaq evində 3 tibb işçisi və bir həkim var. Qızdırması olana hərarət dərmanı verilir, səpintilərə isə krem çəkilir”, deyə Uşaq evinin rəhbəri qeyd edib.
Qeyd edək ki, Gülcan Nağıyeva 3 saylı Uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən qurbanlıq ətlərin müəssisədən avtomobilinəə daşınmasını əks etsirən görüntülər təqdim edib. Bununla bağlı görüntüləri növbəti sayımızda təqdim edəcəyik.
İndi isə bəhs etdiyimiz Nuranla bağlı görüntünü oxucularımıza təqdim edirik.
730 dəfə oxundu