“Üçlükdə oturub söhbət etmişik...” – Həbsdə olan Rasim Məmmədov
"Baku Steel Company" poladəritmə zavodunun sabiq rəhbəri Rasim Məmmədov dünən davam edən məhkəmə prosesində maraqlı açıqlamalr verib. O bildirib ki, həbs olunarkən ondan kitabça və iki flaşkart götürülüb və yoxa çıxarılıb. R.Məmmədov deyib ki, ötən 11 il ərzində kimlərə nə qədər pul verib, hamısı onun içindədir. Bu üzdən də həmin kitabça və flaşkartların üzə çıxarılmasını tələb edir.
"Məni xəyanətdə ittiham eləyirlər, amma mən prezidentə heç vaxt xəyanət eləməmişəm. Amma burada mən danışanda məlum olacaq ki, kim kimə necə xəyanət eləyib", – Məmmədov vurğulayıb.
20 aydır həbsdə olan keçmiş zavod rəhbərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 55 milyon manatlıq mənimsəmə və israfetmə kimi əməllərdə suçlanır. Amma özü bu ittihamı qəbul etmir. Əksinə, zavod da daxil olmaqla, özü və qohumlarının çoxsaylı əmlaklarının əllərindən alındığını deyir.
"İş adamıyam, öz pulumu qazanıb yemişəm. Hələ başqaları da gəlib qazancıma şərik olub. Mən dövlətə vəzifədəki məmurlardan daha çox xeyir vermişəm. 2011-ci ildə bu işə başlayanda üçlükdə oturub söhbət eləmişik. Hər şey qaydasında idi, hamı qazanırdı. Kimə lazım idi ortalığı qarışdırıb bu biabırçılığı yaratmaq?", – keçmiş zavod direktorunun sözləridir.
Onun dediklərindən məlum olub ki, 2011-ci ildə söhbət edən "üçlük" deyəndə özünü, Prezident Administrasiyasının ovaxtkı rəhbəri Ramiz Mehdiyevi də nəzərdə tutub. Elə vəkili də Mehdiyevin məhkəməyə çağırılıb şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb. Amma vəsatət təmin olunmayıb.
Vəkili Məmmədovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi, ev dustaqlığına buraxılması haqda da vəsatətlər qaldırıb. Amma bu məsələlərdə də məhkəmənin cavabı "yox" olub.
Ev dustaqlığına buraxılması haqda vəsatətə münasibət bildirən Məmmədov deyir ki, bu məsələ onun üçün önəmli deyil: "DTX-da 15 kvadratmetrlik otaqda baş-qulağım sakit yaşayıram. Mənim orada qalmağıma görə azadlıqda olanlar narahat olsun. Son 11 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını yazıram kitabımda...".
Sentyabrın 9-da məhkəmədə sabiq zavod direktoruna qarşı yeyinti ittihamının detalları açıqlanacaq, ardınca dindirmələr başlayacaq.
2021-ci ilin yanvarında DTX əməkdaşları tərəfindən saxlanılan Rasim Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və israfetmə və başqa əməllərdə suçlanır.
"AzPolitika.info"
597 dəfə oxundu