Azərbaycanda 65 yaşdan yuxarı nə qədər müəllim var?

Azərbaycanda  65 yaşdan yuxarı nə qədər müəllim var?

Azərbaycanda yaşı 65 yaşdan yuxarı olan müəllimlərin sayı açıqlanıb.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev APA-ya deyib ki, ölkədə 160 mindən çox müəllim var və onların 2%-nin yaşı 65-dən yuxarıdır. Onun sözlərinə görə, 65 yaşa çatan müəllimlər 5 ildən çox olmayaraq, məktəbdə işləyə bilərlər. 65-70 yaş arası müəllimlər təhsil müəssisəsinin müdirinin razılığı ilə, 70-dən yuxarı isə Nazirlər Kabinetinin qərarında xüsusi normativ meyarlar əsasında təhsil müəssisəsində çalışırlar: “Qanunvericilik çərçivəsində yaşı 65-dən yuxarı olan işçilərin sayı istənilən müəssisədə gərək 2%-i aşmasın. Ancaq işçilərin sayı 100 nəfərdən aşağı olan müəssisələrdə 2 nəfərə kimi icazə verilir. Azərbaycanda 160 min müəllimin yalnız 2%-nin yaşı 65-dən yuxarıdır. Mütləq deyil ki, bütün məktəblərdə say 2% olsun. Ola bilər ki, hansısa məktəbdə yaşı 65-dən yuxarı olan müəllim yoxdur. Təhsil sahəsi üzrə də 2% rəqəmi ümumi məktəblər üzrə dəyişir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...