Banklar da narahatdır - sosial şəbəkələrdə təxribatlara görə

Banklar da narahatdır -


Azərbaycanın bir sıra bank rəhbəri bir araya gələrək hüquq-mühafizə orqanlarına müraciət ediblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müraciətdə bank rəhbərləri son günlər edilən bir sıra çağırışlardan narahat olduqlarını bildiriblər. Müraciətdə deyilir ki, bəzi şəxslər dələduzluqla məşğul olaraq, sosial şəbəkələrdə, xüsusilə də whatsapp-da ölkənin bir sıra aparıcı bankları haqqında anti- təbliğat çağırışlar yayırlar: “Bu məsələnin araşdırılması üçün bir sıra kommersiya banklarının rəhbərliyi tərəfindən hüquq- mühafizə orqanlarına müraciət edilib. Ən qısa müddətdə bu dələduzluqla məşğul olan şəxs və ya şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək, qanunvericilik çərçivəsində tədbirlər görülməsi xahiş edilib.

Kommersiya banklarının rəhbərləri bu dələduzluq əməllərini mövcud vəziyyətdən sui-istifadə edərək siyasi- iqtisadi stabilliyi pozmağa, bank müştəriləri arasında məqsədli şəkildə təşviş yaratmağa yönəlmiş addımlar hesab edərək, bu əməlləri qəti şəkildə pislədiklərini qeyd ediblər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...