“Bolt”dan taksi çağıranda diqqətli olun... - Yoxsa 2 qat ödəməli olacaqsınız
“Bolt” taksi xidmətinə məxsus tətbiq vasitəsilə eyni anda iki ünvana sifariş verdiyiniz zaman, gediş məsafəsi və buna uyğun olaraq da qiymət yaxındakı (birinci seçdiyiniz) ünvandan uzaqdakı (ikinci seçdiyiniz) ünvana deyil, əksinə uzaqdakı ünvandan yaxındakı ünvana hesablanır.
Yeniavaz.com xəbər verir ki, bu cür anormal vəziyyətlə üzləşməmək üçün insanlar “Bolt” tətbiqindən əlavə düzəlişlər etməlidir.
Məlumdur ki, insanlar adətən “Bolt” tətbiqində əvvəlcə gedəcəyi birinci ünvanı seçir, daha sonra ekranın sol yuxarı künçündəki “+” işarəsi vasitəsilə ikinci ünvanı seçir və ekranda yaşıl fonda iri hərflərlə yazılan “Seçin” (“Select”) işarəsinin üzərinə basır.
“Bolt” tətbiqi bu zaman avtomatik olaraq əvvəlcə ikinci, sonra isə birinci seçdiyiniz ünvanları gediş istiqaməti kimi göstərir.
Belə vəziyyətlə üzləşməmək üçün ekranın sol yuxarı künçündəki işarənin üzərinə basaraq sıralamanı yenidən düzəltmək lazımdır.
Amma məlumdur ki, insanlar adətən taksi sifariş edərkən bir ünvan seçirlər və bu zaman ekranın sol yuxarı küncündəki işarə(lər) onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Bu səbəbdən insanlar bəzən eyni anda iki ünvan seçdikləri zaman da sol yuxarı künçündəki işarəyə əhəmiyyət vermirlər. Haqlı olaraq hesab edirlər ki, tətbiq bir ünvanda olduğu kimi, iki ünvanda da müştərinin ardıcıllıqla seçdiyi ünvanları qəbul edəcək. Amma, göründüyü kimi belə olmur və müştərilər səhv istiqamətdə getməyə, həmçinin artıq gediş haqqı ödəməyə məcbur olurlar.
Məsələn, biz Yeniavaz.com saytının yerləşdiyi ünvandan (Tbilisi pr. 1058-ci məhəllə) cəmi 700 metr uzaqlıqda yerləşən 8 Noyabr metrostansiyasının yerləşdiyi ünvana (Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə), ordan isə 8 km uzaqlıqda yerləşən Binəqədi Mədəniyyət Evinin yerləşdiyi ünvana (G.Ramazanov küçəsi 4 ) getmək istəyirik.
Tətbiqdə gedəcəyimiz ünvanları ardıcıllıqla (yaxından uzağa doğru) yazmağa başlayırıq... Əvvəlcə 8 Noyabr metrostansiyasını qeyd edirik və dərhal ekranda gediş haqqının 1,41 azn (Eco) olduğu göstərilir. Daha sonra ekranın yuxarı sağ küncündəki “+” işarəsi vasitəsilə ikinci ünvanı G.Ramazanov küçəsi 4-ü (Binəqədi Mədəniyyət Evinin) seçirik. Binəqədi Mədəniyyət Evini gedəcəyimiz ikinci ünvan kimi seçməyimizə baxmayaraq tətbiq oranı birinci ünvan kimi qəbul edir və istiqaməti dəyişərək əvvəlcə 8 km uzaqlığa, ordan isə 700 metrlik yaxın məsafəyə hesablama aparır. Nəticədə “Yeniavaz.com” – “Binəqədi Mədəniyyət Evi” – “8 Noyabr M/S” xətti üzrə gediş haqqı 7,93 azn göstərir. Məlumdur ki, insanlar əksər hallarda ekrandakı gediş istiqamətinə diqqət etmirlər, hətta bir çox insan diqqət etsə belə istiqamətin düz, ya da səhv olduğunu anlaya bilməyəcək.
“Bolt” taksi şirkətinin bunu bilərəkdən (əlavə qazanc əldə etsin deyə) etdiyi, yoxsa bizim bilmədiyimiz hansısa başqa bir səbəbdən etdiyini öyrənmək üçün suallarımızı şirkətin "e-mail" ünvanına yolladıq. Şirkət suallarımızı cavablandırdığı təqdirdə yazıya əlavə olunacaq.
Məlumat üçün bildirək ki, “Bolt” taksi xidmətini həyata keçirən şirkətin rəsmi adı “Bolt Services Az” MMC (VÖEN- 1503463041) adlanır. MMC 13 fevral 2017-ci ildə "Taxify Azerbaijan” MMC adı ilə dövlət qeydiyyatına alınıb. Sonradan şirkətin adı “Bolt Services Az” MMC olub. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Əzizov Naim İlxas oğludur.
Onu da qeyd edək ki, bir neçə ay əvvəl “Bolt” ilə əməkdaşlıq edən taksi sürücüləri etiraz aksiyası keçirərək şirkətə qarşı tənqidlər səsləndiriblər.
1 100 dəfə oxundu