Büdcədə 7 milyard manat artıq qalıb, niyə pensiyalar və maaşlar artmır?
2022-ci ilin imal büdcəində 7 milyard 150.2 milyon manatdan çox qalıq yaranıb.
Məlum olduğu kimi hər il büdcəmizin xərcləri 40 % nəzərdə tutulur.
Bu ilin 9 ayı ərzində ölkə büdcəsinin gəlirləri 29.7 milyard manat artıb, xərclər isə 22.5 milyard manat olub. Bu da o deməkdir ki, 9 ay ərzində 7 milyard manat artıq vəsait yaranıb.İndi sual olunur ki, nəzərdə tutulan və əsasən də xərclər maddəsində artıq qalan vəsaitlər niyə əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsinə sərf edilmir. Məsələn, ilin yekunu olaraq əhalinin kommunal yükünün azaldılmasına yönəlik addımlar atmaq olmazmı? Və yaxud da böyük pul kütləsi həcmində deyil, infilyasiyadan əziyyət çəkən əhali və biznes qrupları üzrə sosial paketlər tətbiq etmək olmazmı?
Hökumət hələlik bu suallara cavab vermir. Və haqlı olaraq da ölkə vətəndaşları xüsusilə 2022-ci ildə infilyasiya, bahalaşmadan əziyyət çəkən insanlar üçün niyə sosial dəstək paketləri ayrılmır? Təbii ki, bu suallara hələlik rəsmi saləhaiyyətli olan yetkililər cavab vermir. Eyni zamanda ilin sonu yaxınlaşdıqca və gələn ilin büdcəsi ilə bağlı qırıq-qırıq xəbərlər mediaya sızdıqca, gələn il üçün şirin vədlər verilir. Məsələn “Pensiyalar artacaq”, “Əmək haqları artacaq” formasında...
"Beləliklə, 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% çox olacaq" - xəbər belədir. İndi isə gəlin bunun açmasını tapaq. Sevinməyə tələsməyin. Artım filan yoxdur. Ümumiyyətlə günlərdir ki, 2023-cü ilin büdcəsinə dair əldə edə bildiyim informasiyaları incələyirəm. "Pensiyalar artacaqmı" sualına qismən cavab tampışam. İndeksasiyadan sonra nə baş verəcək? Qısaca deyim ki, pensiyalara ilin 4 rübü üzrə ödənilən 200 manatlıq vəsait bir illik proporsional qaydada bölünəcək. Yəni bu da artım hesab olunacaq. Hərbi təqaüdçülərin aldığı əlavə sosial ödənişlər də pensiyaya əlavə olunacaq. Yəni artım olmayacaq.
İndi isə keçək yaşayış minimumu və ehtiyac meyarının artmasına. Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarının bərabər məbləğdə - 246 manat olması nəzərdə tutulur.
2022-ci il üçün isə ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdi.
Ehtiyac meyarı isə ünvanlı sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci ildə 200 manat məbləğində götürülmüşdü. Yəni bundan sonra yuxarıda göstərilən və bu il üçün təsdiq olunmuş rəqəmlərin hamısı 246 manat olacaq. Əslində bu doğru yanaşmadır və illərdir ki, deyirik bərbərləşdirmə aparılmalıdır. Arqumentlərimiz də kifayət qədər çox idi. Lakin bu yaxşı işi artım kimi təqdim etmək də bir ayrı "istedaddır".
“Hürriyyət”
713 dəfə oxundu