İnflyasiya və minimum ƏMƏK HAQQI - 100 manatlıq BOŞLUQ DOLMUR

İnflyasiya və minimum ƏMƏK HAQQI -
Əhalinin xərcləri 56 manat artıb və orta hesablama ilə ayda 392,7 manat sərf olunur. Əsas səbəb kimi infilyasiya göstərilir.

KONKRET.az xəbər verir ki, inflyasiyanın artan tempi ölkə iqtisadiyyatının sağlam olmadığı deməkdir. Bu halda təcili müalicəyə ehtiyac var.

İnflyasiya ilə mübarizə istiqamətləri:

1. Təcili antiinflyasiya tədbirlərinin görülməsi

2. Ölkə iqtisadiyyatının gücləndirilməsi üçün strateji kursun müəyyənləşdirilməsi

• Haşiyəyə çıxaraq qeyd edək ki, sadalanan 2 istiqamət üzrə Azərbaycanda iş görülür. Hər halda müvafiq qurumların açıqlamaları bunu deməyə əsas verir. Reallıqda isə inflyasiya ilə mübarizə kimi 2022-ci il yanvarın 1-dən minimum əmək haqqının 300 manata qaldırılması göstərilir. Sadəcə, nəzərə almaq lazımdır ki, inflyasiya yaz-yay aylarında daha da artıb. Təkcə sentyabrda Azərbaycanda illik satış inflyasiyası 21.8 % təşkil edib. Yəni əhalinin maksimum qənaətlə aylıq xərcləri 400 manata yüksəlibsə, minimum əmək haqqının 300 AZN olması 100 manat borclanmaq, ya da 1 həftə ac qalmaq deməkdir.

İnflyasiya ilə mübarizədə beynəlxalq metodlara qayıtsaq, hər bir hökumət inflyasiyanın tempini aşağı salmalıdır:

✓ İqtisadiyyata yeni pul axınının qarşısını almaq. Bunun üçün isə kredit götürmək şərtlərini qəlizləşdirmək lazımdır. Düzü, Azərbaycan kredit şərtlərini qəlizləşdirib. Di gəl ki, bunun inflyasiya ilə mübarizə, yoxsa qazanc üçün edildiyi bəlli deyil. Çünki əhali çətin şərtli kreditlərə də girməyə məcbur qalır.

✓ Bank sistemini nəzarətdə saxlamaq. İnflyasiya pula zərbədir. Valyutanı isə banklar idarə edir. Bu səbəbdən bağlanmayan kreditlər ayırmaq olmaz. İqtisadiyyatın mühüm sahələrini kreditlə təmin etmək lazımdır.

✓ Sosial əhəmiyyətli məhsulları kontrola almaq. İnflyasiya artan dövrdə hökumət çörək, un, günəbaxan yağı və gündəlik təlabata uyğun digər məhsulların qiymətinə nəzarət etməlidir. Bu yolla insanların etirazını cilovlamaq, hər şeyin qaydasına düşəcəyinə inandırmaq mümkündür.

✓ Sahiblarların monitotinqini aparmaq. İdxal-ixrac prosesinə nəzarət vacibdir. Çünki bəzi biznesmenlər xarici bazardan su qiymətinə aldığı məhsulu öz yaşadığı ölkədə od qiymətinə satır. Azərbaycanda da bu cür məmur oliqarxlar var. İnflyasiya ilə mübarizə naminə belə spekulyantları iqtisadiyyatdan uzaqlaşdırmaq lazımdır.

✓ İnflyasiya ilə mübarizə üçün inflyasiyanın artımı ilə bağlı dəqiq rəqəmlər açıqlanmalıdır. Yəni yalançı rəqəmlər heç bahalaşmadan əziyyət çəkən vətəndaşlara da təskinlik vermir. Həmçinin, iqtisadiyyatı saxta statistika ilə aldatmaq ağır böhrana qapı açır.

✓ Büdcə siyasətinin dəyişdirilməsi. İqtisadi zəifləmə büdcədə pul çatışmazlığına aparır. Emissiya da problemin həlli yox, əksinə inflyasiyanın artımıdır. İqtisadiyyatı güclü ölkələrdən maliyyə yardımı almaq isə borc tələsidir. Tək yol büdcənin məsrəflərini azaldıb gəlirlilik səviyyəsini qaldırmaqdır.

✓ Biznesin inkişafına şərait yaratmaq. Bu sferada Azərbaycanda Sahibkarlığın İnkişafı Fondu da var və dövlət səviyyəsində biznesə dəstək layihələri həyata keçirilir. Lakin kiçik və orta sahibkarlar da iri biznes monopoliyasının maneələr əsirinə çevrilib. Sahibkarlığın tam inkişafı üçün təkmin vergi sistemi, bürokratik əngəllərin aradan qaldırılması və korrupsiya ilə mübarizə təmin olunmalıdır.

✓ Ölkəni idxal asılılığından xilas edəcək istehsal müəssisələri yaradılmalıdır.

Mövzu ilə bağlı rəsmi qurumlar və iqtisadçı alimlərin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...