Sabiq nazirin şirkəti qanunları pozdu, DGK protokol tərtib etdi

Sabiq nazirin şirkəti qanunları pozdu,
“Improtex Motors” Məhdud Məsuliyyətli Müəssisəsi (MMM) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb. Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “İmprotex Motors” MMM sentyabr ayında da malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə 496.1-ci maddəsi ilə cərimə edilib.

Xatırladaq ki, BMW, “BMW Motorrad”, MINI, “Rolls-Royce” və “Yamaha” kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısı olan “Improtex Motors”un sahibi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovdur.(Qaynarinfo)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
596 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...