Xətaidə ağaclaarı qurudub yerində bina tikirlər FOTO

Xətaidə ağaclaarı qurudub yerində bina tikirlər
Xətai rayonu, Gəncə prospekti 25-27 ünvanında yaşayan sakinlər ərazidə ağacların kəsiləcəyi və bina tikiləcəyini iddia ediblər.

Bu barədə sakinlər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.

Onlar qeyd ediblər ki, ərazidə yerləşən 80-ci illərdə tikintisi yarım qalmış park ərazisində 12 mərtəbədən ibarət olan dörd binanın tikilməsi planlaşdırılır:

“Burada çox sayda böyük ağaclar, kollar və güllər bitir. Doqquz mərtəbəli binaların 6-8 metr məsafəsində yeni tikili inşa ediləcək. Biz bu haldan narahatıq və narazıyıq. Çünki yeni bina yaşadığımız evlərin qarşısında tikiləcək, ağaclarımız kütləvi şəkildə qırılacaq. Eyni zamanda, yanğına qarşı binalar arasında ara məsafəsi gözlənilməyib. Yanğın və ya hansısa fövqəladə hal baş verdiyi zaman avtomobillərinin hərəkəti nəzərə alınmayıb.

Ərazidə bina inşa edən şirkət tərəfindən su boruları kəsilib, yay ayları ərzində 20 ağac quruyub. Ötən ilin sentyabr ayında binamızın həyətində yanğın baş verib və ağaclar yanıb”.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə heç bir tikinti işi aparılmır:

“Bina, obyektlərə tikinti üçün icazə ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilir. Hazırda bu barədə bizim qurumda məlumat yoxdur. Biz Gəncə prospektində binaların həyətində hissə-hissə abadlıq işlərinə başlayacağıq. Ola bilər ki, orada təmizlik, hazırlıq işləri görülsün. Amma sakinlərin dediyi ərazidə bizə bina, obyekt inşası ilə bağlı hər hansı bir sənəd daxil olmayıb, məlumatımız yoxdur”.

Xətaidə ağaclaarı qurudub yerində bina tikirlər
Xətaidə ağaclaarı qurudub yerində bina tikirlər
Xətaidə ağaclaarı qurudub yerində bina tikirlər
Xətaidə ağaclaarı qurudub yerində bina tikirlər
Xətaidə ağaclaarı qurudub yerində bina tikirlər
Xətaidə ağaclaarı qurudub yerində bina tikirlər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...